525.Az

Fransada qubernatordan irqçi paylaşım


 

Fransada qubernatordan irqçi paylaşım<b style="color:red"></b>

Fransada Herault Qubernatorluğunun "xarici evsizlər axtarılmır" sözlərini ehtiva edən irqçi paylaşımı reaksiyalara səbəb olub.

525.az Fransa mediasına istinadən xəbər verir ki, Cümə axşamı, sentyabrın 29-da Herault Qubernatorluğunun Twitter hesabında "Midi Libre" qəzetinin Montpellierdə bir qatar stansiyasında hücumla bağlı xəbərinə istinad edilib və aşağıdakı ifadələr yer alıb: "Mən Montpelyedə xarici evsizlərin cinayətlərinə son qoymaq istəyirəm. Avqust ayından bəri biz əsasən Əlcəzairli və Mərakeşli 104 nəfəri saxladıq. Onlar Montpelyedəki silahlı soyğunçuluq və zorakılığa görə məsuliyyət daşıyırlar. Biz onlarla israrla mübarizə aparacağıq. Mən onlara rəhbərlik etmişəm. Polis onları tək qoymamaq üçün şəhərdə patrul gəzir. Onlar burada axtarılmır”.

Paylaşım qısa müddət ərzində çox ciddi əks-təsir alaraq, Fransanın sosial şəbəkə gündəminin əsas mövzusuna çevrilib. 

Malik Atilay

 





01.10.2022    çap et  çap et