525.Az

Azərbaycanda kompüter istehsalı artıb


 

Azərbaycanda kompüter istehsalı artıb<b style="color:red"></b>

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-avqust aylarında 141,0 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 50,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 25,9 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə artıb, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 25,0 faiz azalıb.

 

 





01.10.2022    çap et  çap et