525.Az

Bağdadda aksiya: 50 yaralı


 

Bağdadda aksiya: 50 yaralı<b style="color:red"></b>

İraqın paytaxtı Bağdadda 1 oktyabr 2019-cu ildə hökumət əleyhinə nümayişlərin üçüncü ildönümündə təhlükəsizlik qüvvələrinin səs bombaları və gözyaşardıcı qazla aksiya iştirakçılarına müdaxiləsi nəticəsində 50-yə yaxın adam yaralanıb.

525.az yerli KİV-ə əsasən xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi Təhrir meydanında Respublika körpüsündə qurulan maneələri aşmağa çalışan nümayişçilərə gözyaşardıcı qaz və səs bombaları ilə müdaxilə edib. 

Həkim qruplarından alınan məlumata görə, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 50-yə yaxın insan kapsulların bədənlərinin müxtəlif hissələrinə dəyməsi nəticəsində yaralanıb. Yaralıları xəstəxanalara çatdırmaq üçün bölgədə təcili yardım olmadığı halda, bölgədəki könüllü tibb qrupları müxtəlif nəqliyyat vasitələri ilə xəstəxanalara çatdırılan yaralılara ilkin tibbi yardım göstərib.

İraq hakimiyyəti insidentlər və nümayişlərdə yaralananların sayı ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Malik Atilay

 





01.10.2022    çap et  çap et