https://525.az/img/pics/medium/2022-12/248073_yo2787uxul.jpg "Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu güclənib"
https://525.az/img/pics/medium/2022-12/248070_8dpq23191o.jpg Çörək ətri - Günel Mehrinin yeni essesi
https://525.az/img/pics/medium/2022-12/248113_qv552jyq3g.jpeg Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub
https://525.az/img/pics/medium/2022-12/248110_3920f835pa.jpg Aslan İsmayılov Rəşad Məcidin müraciətinə cavab verib
search
4 Dekabr 2022
3 Dekabr 2022
2 Dekabr 2022

"Qarabağ"ın baş məşqçisindən oyunla bağlı açıqlama

"Qarabağ"ın baş məşqçisindən oyunla bağlı açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqanın 8-ci turunda "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib.

525.az xəbər verir ki, o, matçla bağlı fikirlərini bildirib.

- Düşünürəm ki, hər iki komandanın azarkeşləri oyundan razı qaldılar. Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidir. İlk hissədə bir az anlaşılmazlıq olurdu. Bu da başadüşüləndir. Çünki futbolçular çoxdandır ki, bir yerdə deyildilər. Açıq oyun getdi. Bunu bəyəndim. Yaxşı komandaya qarşı oynadıq. Stadionda ab-hava yaxşı idi. “Neftçi”yə uğurlar arzulayıram. Qalib gəlsək də, çoxlu səhvə yol verdik. Bunun üzərində işləyəcəyik. Bəzən belə də olur ki, çox qol epizodu yaradırsan, amma yararlana bilmirsən. Rəqibi və oyunun gərginliyini də nəzərə almaq lazımdır. Digər epizodlardan istifadə etdik. Bunların üzərində işləyirik. Hər bir oyunçu qol vurmaq imkanı varsa, bundan istifadə etməlidir.

- Maksim Medvedev və Kevin Medina “Olimpiakos”a qarşı oynayacaq?

- Hər şey yaxşıya doğru gedir. Start heyətində yer almasalar da, oyuna hazır olacaqlar. Fiziki hazırlıq baxımından çatışmazlıqların olması mümkündür.

- "Olimpiakos"la görüşdə azarkeşlər sizdən qələbə gözləyir....

- Azarkeşlər bizə həmişə inanır. Hansı komanda ilə oynamağımızda asılı olmayaraq, bizdən hər zaman qələbə gözləyir. Bu, bizi daha məsuliyyətli olmağa məcbur edir. Futbolçular bunu başa düşür və biz onların etimadını doğrultmağa çalışırıq. Qalib gəlmək şansımız varsa, bundan yararlanmağa çalışacağıq.

- Növbəti oyundan əvvəl sizi narahat edən nə var?

- Xüsusi narahatlıq yoxdur. Ola bilsin ki, hazırlıqda çatışmazlıq var. “Olimpiakos”un yeni baş məşqçisi var, ona görə də qarşımızda fərqli komanda olacaq. Əsas odur ki, futbolçularımız sağlam olsun. Marko Yankoviçin vəziyyəti məlum deyil. Ayağında ağrılar hiss etdi. Görək necə olacaq.

- “Neftçi” bir hissə sizə müqavimət göstərdi. Belə təəssürat yaranır ki, “Qarabağ” daxildəki rəqabətdə qarşısıalınmazdır. Bu, sizi narahat etmir?

- Biz çox istəyirik ki, minimum tempi qoruyub saxlayaq. “Neftçi” elə komandadır ki, ikinci hissədə tam əksi ola bilərdi. Sadəcə, ikinci hissədə bizdə yaxşı alındı. Bunu düşünərək, qarşıdakı matçlara daha ciddi yanaşmalıyıq. Dekabra qədər çox sıx qrafikimiz başlayır. Burada psixoloji yorğunluq, zədələr var. Vacib dönəmə başlayırıq. Əldə edəcəyimiz hər xal vacibdir. İstənilən komanda ilboyu eyni formada ola bilməz. Düşünmədiyimiz rəqiblərlə matçlarda belə xal itirə bilərik. Komandanın performansını qorumağa çalışacağıq. “Sabah” və digərləri də bu mübarizədə olacaq. Çox gərgin mübarizə gedəcək.

- “Zirə” ilə oyundan sonra azarkeşlər bildirdilər ki, Qurban Qurbanovla Rəşad Sadıqov arasında ilk dəfə gərgin mübarizə oldu. Matçın ardından Sadıqovla söhbətiniz oldu?

- Rəşadla çox yaxın dostuq. Dostluğumuzun gücü də ondadır ki, idmanda bir-birimizə güzəştə getmirik. Ona görə də ildən-ilə dostluğumuz daha da möhkəmlənir. Mövzudur, danışırlar. İnsanların hamısının düşüncəsi eyni ola bilməz. Biz Rəşadla həmişə bir-birimizin üzünə dik baxmışıq. Hətta öz aramızda futbol oynayanda aramızdakı mübahisəni görsəniz, bunun heç nə olduğunu deyərsiniz. Tez-tez söhbətləşirik, danışırıq. Dostluğuma sadiqəmsə, heç bir narahatlıq ola bilməz.

- Elvin Cəfərquliyev və Toral Bayramovu tez-tez dəyişirsiniz. “Qarabağ”ın ən zəif mövqeyinin sol cinah olduğunu hesab etmirsiniz?

- Ola bilər ki, hansısa elementlərdə zəiflik olsun. İnsan var ki, 20 yaşında tam formalaşır, kişiləşir, daha da böyüyür. İnsan da var ki, 23-25 yaşında formalaşmağa başlayıq. Ola bilər ki, həm Toral, həm də Elvində tez böyümək çatışmır. Amma hücumlarımıza baxsanız, digər elementlərdə onlardan yoxdur. Üstün cəhətləri qoruyuruqsa, qalan məsələlər düzələcək. 3-4 oyun yaxşı olurlar, sonra tempi qoruya bilmirlər. Hər ikisi böyüyəcək. Onlar həm sevimli, həm dəcəl, həm də güvəndiyim futbolçulardandır. Qarşıda yaxşı oyunlar göstərəcəklərinə inanıram.

Bölmənin digər xəbərləri
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.