525.Az

Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək


 

Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək <b style="color:red"></b>

Türkiyə Dünya Kuboku 2022 çərçivəsində Qətərə öz təhlükəsizlik qüvvələrini göndərə bilər.

525.az xəbər verir ki, müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasına təqdim edilib.

Məclis tərəfindən təsdiq ediləcək əməliyyat “Dünya Kuboku Qalxanı” adlandırılacaq.

Türkiyə təhlükəsizlik qüvvələri Dünya Kuboku zaman iştirakçıların və izləyicilərin təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcək.

 





01.10.2022    çap et  çap et