525.Az

XİN İraqa səfər etməməyi tövsiyyə edir


 

XİN İraqa səfər etməməyi tövsiyyə edir<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqda yaranmış vəziyyətlə bağlı xəbərdarlıq edib.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, İraqda vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etməsi tövsiyə olunmur.
 
“Azərbaycan vətəndaşlarına tövsiyə edirik ki, zərurət olmadığı hallarda İraqa səfər etməkdən çəkinsinlər” - deyə E.Abdullayev vurğulayıb.

 





13.06.2014    çap et  çap et