525.Az

Eddi İsrafilov: "Sonda çempionun kim olacağı müəyyənləşəcək"


 

Eddi İsrafilov: "Sonda çempionun kim olacağı müəyyənləşəcək"<b style="color:red"></b>

"Oyun 90 dəqiqə oynanılır, məğlub olduq. Sonadək rəqib oyuna köklənmişdi. Mübarizə aparıb 3 qol vuraraq qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var. Layiqli qələbə qazandılar. İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik".

525.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandada yorğunluq olması ilə bağlı suala belə cavab verib: "Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz.  Bəlkə mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz".

E.İsrafilov bildirib ki,  çempionatın hələ başlanğıcıdır.: "Qarşıda bizi daha çox matç gözləyir. Çempionat bir oyundan asılı deyil. Biz çalışıb hər oyunda qələbə qazanacağıq. Sonda çempionun kim olacağı müəyyənləşəcək".

 





01.10.2022    çap et  çap et