https://525.az/img/pics/medium/2022-11/247697_gu8u2lh9n5.jpg “525-ci qəzet”in 1 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/247608_bi2oj4g9td.jpg Dədə Qorqud sevgisi
https://525.az/img/pics/medium/2022-11/247600_cw6emfeffx.jpg "Gecə gözətçisi"
https://525.az/img/pics/medium/2022-11/247613_batj4ip1si.jpg 90 yaşın mübarək!..
search
1 Dekabr 2022
30 Noyabr 2022

Messidən növbəti rekord

Messidən növbəti rekord

Argentina millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi Braziliyanın "San Paulu" komandasının əfsanəvi qapıçısı Rojerio Seninin nailiyyətini geridə qoyub.

525.az "Report"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna "Nitsa"nı 2:1 hesabı ilə məğlub etdikləri Liqa 1-in IX tur oyununda müvəffəq olub.

29-cu dəqiqədə fərqlənən forvard cərimə zərbəsindən vurduğu qolların sayını 60-a çatdırıb. 1993 - 2015-ci illərdə "San Paulu"da çıxış edən Seni 59 dəfə standart vəziyyətdən rəqib qapılarına yol tapıb.

Messi bu göstəriciyə görə İspaniya "Barselona"sının sabiq oyunçusu Ronald Kumana da çatıb.

Cərimə zərbələrindən ən çox fərqlənən Fransa "Lion"unun sabiq futbolçusu Juninyo Pernambukanodur. 47 yaşlı keçmiş yarımmüdafiəçi 77 dəfə bunu bacarıb. Braziliyalı əfsanəvi hücumçu Pele (70), argentinalı Viktor Leqrotalye, braziliyalı Ronaldinyo (hər ikisi 66), ingiltərəli Devid Bekhem (65), argentinalı Dieqo Maradona və braziliyalı Ziko (hər ikisi 62) növbəti pillələrdə yer alıb.

Bölmənin digər xəbərləri
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.