https://525.az/img/pics/medium/2023-12/294210_5l5xtzjf1q.jpeg Ziyalılığın və millətsevərliyin Abdulla Sur nümunəsi
https://525.az/img/pics/medium/2023-12/294378_3jtzagu402.jpg “525-ci qəzet”in 9 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/294213_z8uqvuax9d.jpg Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri - Esmira Fuad yazır
https://525.az/img/pics/medium/2023-12/294217_kngbuy8og7.jpg Təsviri sənətdə Sabir obrazı
search
8 Dekabr 2023

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.

525.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. 54 kq çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edən Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib.

O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

Avropa çempionumuz Məhəmmədəli Qasımzadə (57 kq) də rinqdən qalib ayrılıb. 1/8 finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb.

Təmsilçimiz növbəti mərhələdə latviyalı Nikolayes Zamyatinslə qarşılaşacaq.

Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçularımızın sayı 5-ə çatıb. Yarımfinal görüşləri oktyabrın 2-də olacaq.

Digər milli üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.

Qeyd edək ki, 1/4 final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri isə oktyabrın 4-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.