525.Az

Çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub


 

Çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub<b style="color:red"></b>

2022-ci ilin ilk doqquz ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçular açıqlanıb.

525.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Sinqapurun "Tampins Rovers" klubundan Boris Kapitoviç siyahıya liderlik edir.

Monteneqrolu 27 yaşlı hücumçu çempionatda 29 qolla yadda qalıb. İkinci sırada Sinqapurun digər təmsilçisi "Albireks Niiqata"da çıxış edən Kodai Tanaka yer alıb. 23 yaşlı yaponiyalı forvard Kapitoviçdən bir qol az vurub.

Fransanın PSJ klubundan Kilian Mbappe və Meksikanın "Paçuka" komandasından Nikolas İbanyes 26 qolla 3-4-cü pillələri bölüşdürür.

 





02.10.2022    çap et  çap et