525.Az

"Şimal axını 2" sızması dayandırılıb


 

"Şimal axını 2" sızması dayandırılıb<b style="color:red"></b>

Danimarka Enerji Agentliyi Rusiyanın "Şimal axını 2" boru kəmərində qaz sızmasının dayandığını açıqlayıb.

525.az xəbər verir ki, Danimarka Enerji Agentliyinin "Twitter" hesabından edilən açıqlamada, "Şimal axını 2" boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya qədər uzanan boru kəmərində təzyiqin balanslaşdırılmış olduğu bildirilib. Bu, kəmərdə sızmanın dayandığını göstərir.

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus "Şimal axını 1" və "Şimal axını 2"boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilmişdi. Hər iki ölkə isə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Aİ həmçinin qeyd edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsidir. 

Qeyd edək ki, Avqustun 31-də "Şimal axını 1" boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün dayandırılıb.

Məhəmməd Tağıyev

 





02.10.2022    çap et  çap et