https://525.az/img/pics/medium/2022-11/247697_gu8u2lh9n5.jpg “525-ci qəzet”in 1 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/247608_bi2oj4g9td.jpg Dədə Qorqud sevgisi
https://525.az/img/pics/medium/2022-11/247600_cw6emfeffx.jpg "Gecə gözətçisi"
https://525.az/img/pics/medium/2022-11/247613_batj4ip1si.jpg 90 yaşın mübarək!..
search
1 Dekabr 2022
30 Noyabr 2022

Minlərlə azarkeşin izlədiyi məşq zamanı stadionun damı uçub

Minlərlə azarkeşin izlədiyi məşq zamanı stadionun damı uçub

Çili Premyer Liqa komandalarından olan "Colo Colo"nun açıq məşqi zamanı stadionun damının bir hissəsi uçub.

525.az xəbər verir ki, Çili Premyer Liqa komandalarından olan "Colo Colo"nun açıq məşqi zamanı stadionun damının bir hissəsi uçub. Klubun vacib oyunlardan əvvəl stadionda azarkeşlər üçün açıq məşq etmək ənənəsi "Arengazo" adlanır. Paytaxt Santyaqodakı "Monumental David Arellano" stadionunda keçirilən son məşqə 20 minə yaxın "Colo Colo" azarkeşi iştirak edib. Bəzi azarkeşlər stadionun damının və reklam lövhələrinin bir hissəsinə dırmaşıb, arakəsmələri və  pankartları dağıdıblar. Klub təəssüfləndiyini və gələcəkdə oxşar hadisənin baş verməməsi üçün zədələnmiş strukturun götürüləcəyini bildirib.

Qeyd edək ki, 32 çempionluqla Çili futbolunun ən uğurlu klubu olan "Colo Colo" liqanın bitməsinə 5 həftə qalmış ən yaxın rəqibini 11 xal qabaqlayaraq birinci yerdə qərarlaşıb.

Məhəmməd Tağıyev

Bölmənin digər xəbərləri
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.