525.Az

İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb - YENİLƏNİB


 

İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb - <b style="color:red">YENİLƏNİB</b>

İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.

Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.

***

İndoneziyada futbol matçı zamanı polisin davanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində yaranan izdihamda 129 nəfər ölüb. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyindən narahatdırlar.

525.az xəbər verir ki, Şərqi Yava əyalətinin Malanq şəhərindəki Kanjuruhan Stadionunda “Persebaya Surabaya” komandasının “Arema Malanq”ı 3-2 hesabı ilə məğlub etdiyi liqa matçından sonra iki rəqibin tərəfdarları arasında qarşıdurma baş verib. Davaya müdaxilə edən polisin istifadə etdiyi gözyaşardıcı qazdan qaçmaq üçün yüzlərlə tərəfdar çıxış darvazasına axışıb.

Yaşanan böyük xaosda boğulanlar, əzilənlər olub. Stadionda baş verən hadisələrdə 129 nəfər həyatını itirib.

Şərqi Yava polis rəisi Niko Afinta verdiyi açıqlamada gecənin gec saatlarında, matçın bitməsindən dərhal sonra tərəfdar qrupları arasında baş verən qarşıdurmalara görə çevik qüvvət polisinin gözyaşardıcı qazdan istifadə etdiyini və bunun azarkeşlər arasında çaxnaşmaya səbəb olduğunu bildirib.

Malik Atilay

 





02.10.2022    çap et  çap et