525.Az

Hərbi helikopter qəzaya uğrayıb


 

Hərbi helikopter qəzaya uğrayıb<b style="color:red"></b>

Meksikanın Tabasko ştatında hərbi helikopter qəzaya uğrayıb. Qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb. 

525.az xəbər verir ki, Meksika Dəniz Qüvvələri Nazirliyindən verilən açıqlamaya görə, Tabasko əyalətinin Centla qəsəbəsi yaxınlığında baş verən qəza nəticəsində orduya məxsus "Eurocopter" tipli helikopter naməlum səbəbdən qəzaya uğrayıb.

Qəza zamanı helikopterdə 5 hərbçinin olduğu, hadisə nəticəsində 3 əsgərin öldüyü, 2 əsgərin yaralandığı açıqlanıb. Yaralı əsgərlər hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya aparılarkən, səlahiyyətlilər qəzanın helikopterin kəşfiyyat uçuşu edərkən baş verdiyini bildiriblər. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Malik Atilay

 





02.10.2022    çap et  çap et