525.Az

ABŞ və BƏƏ-nin hərbi təlimi başa çatıb


 

ABŞ və BƏƏ-nin hərbi təlimi başa çatıb<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi Prezident Mühafizəsi Komandanlığı ilə ABŞ Dəniz Piyadaları Korpusu arasında "Intrepid Maven (IM) 22-4" birgə təliminin başa çatdığını açıqlayıb.

525.az xəbər verir ki, birgə hərbi təlimin ABŞ və BƏƏ-nin qarşılıqlı müdafiə əlaqələrini gücləndirmək və müharibə vəziyyətlərində səmərəliliyi artırmaq üçün təcrübə mübadiləsi məqsədi daşıdığı bildirilib. Bildirilib ki, "Intrepid Maven (IM) 22-4" təlimi iki ölkənin silahlı qüvvələrinin hərbi əməkdaşlığının təkmilləşdirilməsi üzrə birgə təlim plan və proqramlarının tərkib hissəsidir. Təlimdə yerüstü artilleriya əməliyyatları, partlayıcı qurğuların məhv edilməsi əməliyyatları, səhra tibbi təlimləri və kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) təlimləri kimi müxtəlif fəaliyyətlər həyata keçirilib.

Məhəmməd Tağıyev

 





02.10.2022    çap et  çap et