525.Az

Daşkəsəndə Vətən müharibəsi şəhidləri anılıb


 

Daşkəsəndə Vətən müharibəsi şəhidləri anılıb<b style="color:red"></b>

Şəhidlər Vahid Alıyev və Amil Quliyevin məzarları ziyarət olunub.

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin 525.az-a verdiyi məlumata görə, oktyabrın 2-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri - gizir Vahid Alıyev əsgər Elvin Quliyevin anım günləri ilə bağlı tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.

İcra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi zəfərdən, habelə şəhidlər - gizir Vahid Alıyevin və əsgər Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söhbət açıb, şəhidlərin ailə üzvlərinə bir daha rayon ictimaiyyəti adından başsağlığı verib.

Şəhidlərin valideynləri – Vahid Alıyevin atası Abbas Alıyev, anası Pəri Xəlilova, şəhid Elvin Quliyevin atası Amil Qənbərov, anası Elnarə Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, buna görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Daşkəsən Şəhidlər Xiyabanında şəhid ailələri və qazilər üçün yeni tikilmiş görüş yerində ehsan süfrəsi açılıb. İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid valideynləri və qazilərlə çay süfrəsi arxasında görüş keçirib, onlarla söhbət edib, qayğıları ilə maraqlanıb.

 





02.10.2022    çap et  çap et