525.Az

Əfv gözlənilir


 

Əfv gözlənilir<b style="color:red"></b>

"Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük bir addım atıldı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Böyük tədbirlər planı hazırlanacaq və burada bir çox məqamlar öz əksini tapacaq. İstisna etmirəm ki, 2023-cü ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamı imzalansın".

525.az-ın xəbərinə görə, bunu  "Heydər Əliyev İli"ndə görüləcək işlər haqqında danışan Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib  ki, Ulu öndərin 100 illiyində cəmiyyətin bütün təbəqələrinə bu bayramdan pay düşəcəyini hesab edir.

"Heydər Əliyev Azərbaycan dövlətinin, bütün Azərbaycan xalqının, hər kəsin öndəri, prezidenti olub. O ümummilli liderdir. Ona görə də əfvlə bağlı Prezident İlham Əliyevin sərəncamı ola bilər. Ümumiyyətlə, 2023-cü il üçün hazırlanacaq tədbirlər planı ilə əlaqədar vətəndaş cəmiyyəti də öz təkliflərini verəcək. Hesab edirəm ki, bu geniş müzakirədən keçməli, böyük bayrama hazırlıq əhatəli olmalıdır".

 

 

 





02.10.2022    çap et  çap et