525.Az

Ukrayna Prezident Ofisinin rəhbəri "Baykar" şirkətinin müəssisəsini ziyarət edib


 

Ukrayna Prezident Ofisinin rəhbəri "Baykar" şirkətinin müəssisəsini ziyarət edib<b style="color:red"></b>

Türkiyədə səfərdə olan Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak "Baykar" şirkətinin müəssisəsini ziyarət edib.

525.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Bildirilib ki, Yermak “Bayraktar” pilotsuz uçan aparatları istehsal edən “Baykar” şirkətinin istehsalat müəssisələrində olub.

A.Yermak “Baykar”ın araşdırma mərkəzinə gələn ilk xarici qonaq olub.

Yermak şirkət rəhbərləri Haluk və Selçuk Bayraktarla da görüşüb. Tərəflər cari və gələcək əməkdaşlıq layihələrini, xüsusən də Ukraynada PUA istehsalı ilə bağlı məsələləri müzakirə ediblər

“Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əsas elementi dövlətimizin ərazisində “Baykar” şirkətinin təlim mərkəzi və zavodunun yaradılması, həmçinin qabaqcıl təyyarə mühərriklərinin birgə istehsalı olacaq”, - Ukrayna rəsmisi bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığına uyğun olaraq, Yermak 3-cü dərəcəli “Xidmətə görə” ordenini “Baykar” şirkətinin Direktorlar Şurasının sədri və texniki direktoru Selçuk Bayraktara təqdim edib.

 





02.10.2022    çap et  çap et