525.Az

Pakistanın keçmiş Baş naziri İmran xana həbs qərarı çıxarılıb


 

Pakistanın keçmiş Baş naziri İmran xana həbs qərarı çıxarılıb<b style="color:red"></b>

Pakistanın keçmiş Baş nazirlərindən olan İmran Xanın həbs qərarı verilib.

525.az xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xan İslamabadda keçirilən mitinqdə etdiyi çıxışında polis və ədliyyəni hədəf alaraq, ona yaxın adamları həbs edərək işgəncələrə məruz qaldığını, daha sonra isə bu qurumlardakı işçiləri sözləri ilə hədələyərək: "Sizə qarşı tədbir görəcəyik, buna hazır olun"- deyib. Bu hadisədən sonra Pakistanın Marqalla bölgəsinin yerli hakimi Mücahid Rəhim keçmiş Baş nazir İmran Xanın həbsinə qərar verib.

Pakistanın Tehreek e Insaf (PTI) üzvləri partiya liderləri İmran Xanın həbsinə reaksiya verib. PTI partiyasından Maleeka Buhari, partiyasının demokratiya prosesini davam etdirmək istədiyini, faşizmi və barbarlığı pislədiyini ifadə edərək, "İmran Xanı istədikləri zaman məhkəməyə verirlər. İmran Xan həbs olunarsa, insanlar küçələrə çıxacaq və biz qanuni şəkildə müqavimət göstərəcəyik"- deyib.

Məhəmməd Tağıyev

 





02.10.2022    çap et  çap et