525.Az

Rusiyadan İtaliyaya qaz axını dayanıb


 

Rusiyadan İtaliyaya qaz axını dayanıb<b style="color:red"></b>

İtaliyanın “ENI” enerji şirkəti Rusiyanın “Gazprom” enerji şirkətindən qaz axınının dayandırıldığını bildirib.

525.az xəbər verir ki, “ENI”-dən verilən yazılı açıqlamada: "Gazprom bu gün üçün lazım olan qazı təmin edə bilməyəcəyini və Avstriya ərazisindən qaz axınının mümkün olmadığını bildirdi. Buna görə də Tarvisio giriş nöqtəsi vasitəsilə “ENI”-ə Rusiya qazının tədarükü  olmayacaq"- deyilib.

Mövzu ilə əlaqədar İtaliyanın ANSA agentliyinə danışan “ENI” səlahiyyətlisi, "Gazprom"un bu gündən etibarən “ENI”-ə qaz axını təmin edə bilmədiyini ifadə edərək, Avstriyanın Slovakiya üzərindən qaz tədarük etdiyini, buradan İtaliyaya qaz axınının bərpası üçün "Gazprom" ilə əlaqə saxladıqlarını bildirib. İtaliya mətbuatında yer alan xəbərlərdə Rusiyadan İtaliyaya qaz axınının ümumi qaz təchizatı ilə müqayisədə hazırda 10 faizdən az olduğu, Tarvisioda ötürücü məntəqədə yaranan fasilənin elektrik enerjisi təchizatında böyük dəyişikliyə səbəb olmayacağı deyilib. Rusiyanın Ukraynaya hücumundan sonra İtaliya qaz tədarükünü diversifikasiya etməyə çalışmışdı.

Qeyd edək ki, Əlcəzair və Anqola kimi ölkələrdən qaz alışını artıran İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib.

Məhəmməd Tağıyev

 





02.10.2022    çap et  çap et