525.Az

Buxarestdə hökumət əleyhinə mitinq keçirilir


 

Buxarestdə hökumət əleyhinə mitinq keçirilir<b style="color:red"></b>

Bu gün Buxarestdə hökumət əleyhinə böyük nümayiş təşkil olunub.

525.az APA-ya istinadən xəbər verir ki, 3000 nəfər nümayişçi Universitet Meydanından Qələbə Meydanına doğru yürüş ediblər, hazırda hökumət qərargahı qarşısında mitinq davam edir. Əksəriyyəti milli geyimdə olan iştirakçılar üçrəngli dövlət bayraqlarını dalğalandırır, vətənpərvərlik mahnıları oxuyur, nağara və vuvuzela çalırlar.

Onların bir çoxu paytaxta başqa ərazilərdən avtobuslarla gətirilib. Buxarestin mərkəzində keçirilən yürüş zamanı nəqliyyatın hərəkəti tamamilə bağlanıb.

İştirakçılar “İstefa!”, “Oğrular!” və "Birlik!" şüarları səsləndirirlər.

Nazirlər Kabinetinin rəhbəri Nikolae Çukanın da daxil olduğu bir sıra nazirlərin istefasını tələb edir.

Onlar əsasən ölkədə yaşayışın, hər şeydən əvvəl işıq və qazın bahalaşmasına etiraz edirlər.

 





02.10.2022    çap et  çap et