525.Az

Təzadlı Jorj


 

Təzadlı Jorj<b style="color:red"></b>

Yaşamaq ən ali səadətdi... Heç nəyə baxmayaraq, Yaşamaq!”

Jorj Sand

 

Türk yazıçısı Elif Şəfəqİçimizdəki diktatoressesində: “Bir müddətdi ki, Jorj Sand Frederik Şopenin həyatını oxuyuram. Onları roman qəhrəmanları kimi görürəm. Beynimdə hekayələrini yazıram. XIX əsrin ən maraqlı, bəlkə ən çətin sevgisi idi onlarınkı...” -  deyir. XIX əsr Fransa ədəbi mühitinin parlaq fərqli simalarından biri Jorj Sandın həyatına, yaradıcılığına ötəri bir nəzər salanda belə Eliflə razılaşmaya bilmirsən. Jorj adamı özünə yoluxduran yazıçıdı. Romanlarını, haqqında yazılan əsərləri, çəkilən filmləri, avtobioqrafiyasını, portretlərini gözdən keçirdikcə adamda belə hiss yaranır, sanki Jorj bilərəkdən o cür yaşayıb... Bəli-bəli bilərəkdən! Bəlkə özündən yüz illər sonra da dünyaya gələcək kişi sənətkarları ilhamlandırmaq, qadınları heyrətləndirmək üçün... Zəmanəsinin maraqlı simalarına yaxın olub, onlarabirbaşatəsir etmək adətiydi, xasiyyətiydi Jorjun. Onunla bircə  dəfə üz-üzə gəlib illər uzunu bu barədə yazan, danışan adamlar da vardı, təkcə görkəmindən qıcıqlanıb qaçanlar da... Çoxu Jorj Sandı qayğıkeş ana hesab edirdi, amma İblis qadın adlandıranlar da az deyildi. Bütün bu statuslar, imiclər, qorxulu enmə inamsız qalxmalar... ruh iflasları, sevgi fəvvarələri, qısqanclıq böhranları  isə sənət - Jorj Sandın yazdığı, yazdırdığı yazdıracağı Sənət naminəydi! 

Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Parisdə, zadəgan ailəsində dünyaya göz açmışdı. Onunroman qəhrəmanıhəyatı isə dörd yaşından başlanır. Atası, hərbçi Moris Düpenin ölümündən sonra... nənəsi Avroranın tərbiyəsini gəlini, alverçi qızı Sofi-Viktoriyaya etibar etmir. Sofi-Viktoriya qızını ona vəsiyyət olunacaq Noan malikanəsindən məhrum etməmək üçün Parisə qayıdır. Körpə Avroranın yaşına uyğun balaca əzabları burdan başlanır. Sonralar Jorj Sand iztirablarını belə bildirirdi: “Anamla nənəm ürəyimi para-para edirdilər...”

... Nənəsi Avroranı Jan Jak Russonun (Russo onun ən çox oxuduğu sevdiyi yazıçı idi) azadlıq, bərabərlik, demokratiya ideyaları ilə tərbiyə edir. Lakin Avroranın anasının yanına qaçmaq planlarından xəbər tutanda onu dərhal monastıra göndərir. Gələcəkdəqəlb oğrusuna çevriləcək qıczığazın ürəyinə ilk sevgi toxumu da burda səpilir. Allaha sevgi: “Mən ilahi qüvvə ilə bütünlüklə qarışmağı möcüzə kimi qəbul edirdim. Sözün əsl mənasında, müqəddəs Tereza kimi yanırdım: yatmırdım, yemirdim, əzalarımın hərəkətini hiss etmədən gəzirdim...”

Avrora xəbərsiz olduğu kənar dünyaya meyl etmir, hələ batmadığı günahlardan qurtulmaq istəyir... Rahibə olmaq qərarına gəlir. Amma nənəsinin ona hamilik edən keşişin səyləri ilə bu fikrindən daşınır. Nənəsi Avroranı özünün diliylə desək, “yerdəki cənnətdən”, monastrdan ayırıb ərə vermək istəyir.



...
Bir romanın zadəgan ailəsində doğulub körpəlikdən atasız qalan, monastrda tərbiyə olunub rahibəlik etmək istəyən, sonra nənəsinin vəsiyyəti ilə ailə qurub iki övlad dünyaya gətirən, Noan malikanəsində ehtiyacsız, qayğısız yaşayan qəhrəmanının həyatı qədər cansıxıcı, yeknəsək görünər, elə deyilmi? Elədi! Maraqlı, fərqli olması üçün isə bütün bu qaydaları, qanunları - Russonun demokratiya ideyalarından tutmuş, nənəsinin xanımlıq qəliblərinə kimi hamısını - dağıtmaq, məhv etmək lazım idi. Avrora belə edir...  

Əri Kazimir Düdevanın intellekt immitasiyalarından, qeybətlərindən bezmiş xanım oğlu Moris qızı Solanjı da özüylə götürüb çoxdan vurulduğu uzun müddətdən bəri yazışdığı sevgilisi Jül Sandonun yanına, Parisə gedir. Onun ard-arda davam edəcəkçevrilişlərinin başlanğıcı burda idi. O zamanlar yazıçılıq incə desək, “xanıma yaraşmayan peşəsayılırdı. Ona görə Avrora ilk romanlarını sevgilisi Jül ilə bərabər yazır, onun imzası ilə çap etdirirdi. Lakin bir müddət sonra Jül buna etiraz edir. Avrora özünə kişi adı götürür, soyadını isə sevgilisindənoğurlayır”. Beləliklə, Avrora Düpen Düdevan Jorj Sanda çevrilir - “İndianaromanının müəllifi Jorj Sanda. Təkcə adını yox, həm qarderobunu dəyişib kişi kostyumları geyinən Jorj tezliklə bütün Fransa ədəbi mühitinin, cəmiyyətinin diqqətini özünə çəkir.  

Sandın romanlarının əsas ideyasını qadın azadlığı təşkil etdiyindən, inqilabi yüksəliş yaşamış Fransa oxucusunun zövqünü oxşayırdı. Buna görə Jorj çox sürətlə məşhurlaşdı. Daha da həvəslənən, ilhamlanan yazıçı hər gün səkkiz saatını masa arxasıda keçirir, romanlar, hekayələr yazırdı. Lakin ən gözəlromanları gözlənilməz sonluqluhekayələri Jorj Sand yaşayacaqdı. Qarşıda onu Alfred de Müsse, Frederik Şopen, Prosper Merime başqa dahilərin sevgiləri gözləyirdi.

...Sand özünün sevgi idealını, arzuladığı kişini xəyalında yaratmışdı. Özündən gənc, sarı saçlı, dərisi ağappaq, arıq, hündür, incə, mehriban, bir az da balaca uşaq təki köməyə, qayğıya ehtiyacı olan birisi... Jorjun sevgi hekayələrinə nəzər saldıqda adamda belə fikir yaranır, sanki o həyatının əsas roluna aktyor seçirmiş. Hər dəfə sadalanan keyfiyyətləri özündə birləşdirən kişiylə rastlaşandabu mənə lazım olandı” - deyibovuna sahib çıxır, alır, aparır, qanadlandırır, uçurdur, yazdırır, qısqandırır, məhv eləyir... Sonra eyni rolu ifa etmək üçün yeni namizəd axtarır. Bəlkə heç axtarmır da... Bu sadəcə, onun yaşadığı həyatın nizamıdı, bəzən özü bilərəkdən pozduğu nizamı...

Jül Sandodan sonra Jorjun yeni qəhrəmanı gənc yazıçı Alfred de Müsse idi. Müssenin özündən 6 yaş böyük xanıma vurulmağı üçün uzun zaman lazım deyildi. Jorjyoluxdurmağıhər kəsdən yaxşı bacarırdı. Alfredxəstəliyinin ilk simptomlarını belə təsvir edirdi: “Mən onu ilk dəfə görəndə əynində gözəl bir don vardı. Özünü həmişəki kişi kostyumu ilə yöndəmsiz hala salmamışdı. Yanaqlarında gəncliyin izləri duyulur, gözəl gözləri parıldayırdı. Bu parıltı tünd saçlarının kölgəsi altında sehirləyici təsir bağışlayır, ürəyimi tar-mar edirdi... “

Yazıçı xanım isə münasibətlərinin kiçik söz oyunlarından, baxış deyişmələrindən dərinə getməyəcəyini düşünürdü. Çünki hamar olanları əzik-üzük eləməyi sevən Jorj üçün Müssenin ütülü görkəmi çox cansıxıcı idi: “O çox dəhşətli modabazdı, biz qəlbən uyğun gəlmirik...”

Lakin Jorjun gənc aşiqin çılğın etirafları qarşısında tab gətirməsi asan deyildi. Beləliklə, onlar Venesiyaya gəzməyə yollanırlar. Hər şey  çox isti başlasa da, Jorj Venesiyada soyuqlayır. Bundan qəzəblənən Müsse onu tək qoyub barlarda əylənir. Sonralar Alfred de Müsse yazırdı: “Mən hər gün səhərdən axşama əyyaşlıq edir, vaxtımı barlarda keçirirdim. Jorj isə bir litr süd içib səkkiz saata romanın yarısını yazırdı...”

Çox çəkmir ki, Alfred xəstələnir. Həkimlər ona beyin soyuqdəyməsi diaqnozu qoyurlar.

Məncə, adına, soyadına, geyiminə, kobud maneralarına rəğmən təpədən dırnağa Qadın olan Jorj Sandın təzadlı xarakteriromanın bu yerində daha çox açılır. Jorj sevgilisinin son günlərdəki laqeydliyinə, dəcəlliyinə baxmayaraq, özünü əsl fədakar, qayğıkeş qadın kimi aparır. Bütün işini, yazılarını atıb Müsseyə dayəlik edir. Lakin... qədər qəribə olsa da, Alfredin həkimi italyan Pyetro Pocelloya vurulur. Pyetro Jorja çox duzsuz hədsiz sadə görünsə , Alfredin biganəliyinin, kobudluğunun fonunda bu, bəlkə gözlənilən idi... Alfred qısqanclıq səhnələri, söz atışmaları, kiçik müharibələrlə vəziyyəti dəyişməyə çalışırdı, lakin artıq gec idi...

Jorj Venesiyada iki kişini birdən sarsıtmışdı. Müsseni tərk etməsi, Pocellonu sevməsi ilə. Müsse yazırdı: “Mən bu qadının təsirilə yenidən doğuldum. ona qədər, ondan sonra mən heç vaxt belə sevgi vəcdləri, xoşbəxtlik coşquları duymadım... “

Parisə qayıtdıqdan sonra Müsse Jorj ilə məktublaşırdı. Lakin qisqanclıqtutmalarını gizlədə bilmir, bəzənQrafinya Qalianikimi hekayələri, daha doğrusuprozaik söyüşləri ilə təhqir edirdi onu.

Jorj Sand möhüründən azad olmaq mümkün deyildi. Həkim Pocellonun Sand kimi qadını saxlamaq, özününkü eləmək gücü yox idi. Ona görə tezliklə İtaliyaya qayıdıb evlənir, uşaqları olur. Lakin arxasınca deyilənJorj Sandın sevgilisi olubpıçıltılarından ömrünün sonuna kimi qurtula bilmir. Sand üçün isə bütün bunlarromanın geridə qalmış səhifələri idi. Qarşıda onu ŞOPEN adlı macəra gözləyirdi.

Polşalı bəstəkar Şopen Jorju qrafinya De Aqunun evində görəndə ilk təəssüratı o qədər xoş olmamışdı: “Sand qədər kifir qadındı. Ümumiyyətlə, qadındırmı? Mən buna şübhə edirəm...”

Lakin bu fikirləri dəyişmək üçün vampir-qadın Jorja bir söhbət kifayət idi. Elə həmin məclisin sonuna yaxın onlar üz-üzə durub söhbətləşəndə Şopen yanıldığını anlayır. İlyarımlıq ünsiyyətdən sonra isə Şopen qəti qərarın verir. Ona məhz Jorj kimi qadın lazımdı: “Avrora, mən sənin ayaqlarına döşənməyə hazıram. Sənə hər şeyimi verərəm, mənə heç həddən artıq görünməz. Yorulanda bir baxışın, təbəssümün, nəvazişin yetir mənə. Yalnız sənin üçün yaşamaq, incə melodiyaları sənin üçün ifa etmək istəyirəm. Görəsən sən, mənim başıaşağı sevgilim, çox qəddar olmayacaqsan ki?”

Şopen Jorj çox fərqli adamlar idilər. Jorj açıq-saçıq, epataja bir qədər meyilli, Şopen sakit, sadə, utancaq. Şopen sevgilisinin kişi kostyumlarından qıcıqlanır, Jorj onun cəsarətsizliyinə hirslənirdi. Lakin buna baxmayaraq bu iki sənətkar birlikdə xoşbəxt idilər. çox güman ki, bu səadətin kökündə sənətə eyni münasibət dururdu. Fransız yazıçısı Andre MoruaLeliya, yaxud Jorj Sandoçerkində yazırdı: “Onları gözəlliyə sevgi daha çox birləşdirirdi. Bir axşam Noanda Jorj Şopenə kənd sakitliyi təbiətin möcüzələri haqda danışır. O bunu çox gözəl bacarırdı. “Sizin danışdıqlarınız necə heyrətamizdir” - deyir Şopen. “Eləmi? O zaman mənim bütün bu danışdıqlarımı musiqi dilinə çevirin”. Həmin dəqiqə Şopen royal arxasına keçib əsl kənd simfoniyasının improvizələrini edir. Jorj Sand sevgilisinin yanında durub əlini incə şəkildə onun çiyninə qoyur pıçıldayır: “Cürətli ol, məxmər əllər”.



Bu barədə fikirlər müxtəlif idi. Onların müasirləri hesab edirdilər ki, İblis qadın tərbiyəli, alicənab bəstəkarı ələ keçirib. Şopenin bütün zamanlarda qadınların sevimli bəstəkarı olduğunu nəzərə alıb, bəlkə , bu fikirləri xanımlarınqısqanclıq iynələrikimi yozmaq mümkündü. Lakin bunun əksini düşünən tənqidçilər var ki, onlar Jorjun Şopeni yeni-yeni əsərlər yazmağa ilhamlandırdığını qısa ömründə bəstəkarın şedevrlər yaratmasını məhz onun xidməti olduğunu vurğulayırlar.  Jorj özü bəzən Şopenin yaxınlarının əsassız ittihamlarından sıxılırdı. O, Şopenin dostu Alberə yazırdı: “Bu dünyada onun etibarını tam qazanmış yeganə qadın mənəm, amma o özü bunu dərk eləmir. Bilirəm ki, çoxları məni günahlandırır:  bəziləri düşünür ki, mən onu öz şiddətli hisslərimlə yormuşam, digərləri isə elə bilir mən dəliliklərimlə sarsıdıram onu... Amma mənə elə gəlir ki, sən həqiqəti bilirsən. O, rədd cavabları ilə onu öldürdüyümdən şikayətlənir. Lakin əminəm ki, başqa cür olsam, o ölər...”

Bütün ətraf təsirlər bir tərəfə, Şopenin xroniki sətəlcəmi onların münasibətini əngəlləyirdi. 1838-ci ildə bəstəkarın xəstəliyini az da olsa yüngülləşdirmək üçün onlar ikilikdə İspaniyanın Mayorka əyalətinə səfər edirlər. Jorj buranın ciyərlər üçün müalicəvi havasının Şopenə xeyir edəcəyinə inanır. Lakin başlayan aramsız yağışlar əks nəticə verir. Kirayədə qaldıqları evin sahibi Şopenin xəstəliyini öyrənəndə onları evdən qovur. Jorj çətinliklə olsa, monastrlardan birində otaq tapıb Şopenlə orada yaşayır. Bu məqamda yenə Jorj Sand xarakterinin qayğıkeş ana tərəfi üzə çıxır. Jorj səhərdən axşama sevgilisinin nazını çəkir, yanından bir an belə ayrılmır, zamanını yalnız ona sərf edir. Hətta Şopenin piano tələbini yerinə yetirir. Lakin bütün qulluq nəvazişlərə baxmayaraq, bəstəkarın halı gün-gündən pisləşir. Beləliklə, onlar Parisə qayıtmaq qərarı verirlər.


... Jorj Sandromanının ən kövrək, ən yaddaqalan səhnəsini, bəlkə kuliminasiyasını burada yaşayır. Nəzarətçilər limanda Şopenin vərəm olduğunu biləndə onu gəmiyə buraxmırlar, Şopenin halı daha da pisləşir, Sand liman boyu qaça-qaça, vurnuxa-vurnuxa kapitanlara yalvarır. Çox güman ki, burada Jorj vazkeçilməz qadın sehrini işlətsəydi, gəmiçilər gözüyumulu onun istəyini yerinə yetirərdilər. Amma indi xəstə sevgilisinə görə ağlaya-ağlaya danışan, yalvaran  bu qadın onların gözündə sadəcə, bir zavallı idi... Uzun sürən söhbətlərdən sonra dahi bəstəkarı aparmağa yalnız köhnə, sınıq-salxaq bir gəminin kapitanı razı olur. Onlara gəminin ən köhnə dağılmış kayutasını verirlər. Başqa sərnişinlər isə donuzlar idi. Sonralar Şopen hər zaman şikayətlənirdi ki, gəmi kapitanı donuzlara onlardan daha yaxşı şərait yaratmışdı.

... Parisə qayıtdıqdan sonra da Jorj Sand özününüçüncü uşağıadlandırdığı Şopenin sağlamlığıyla məşğul olur. Onlar Jorjun qızı oğlu ilə birlikdə Noandakı malikanədə yaşayırdılar. Xəstə Şopenə qulluq edə-edə ana aurasına düşmüş Jorj sonradan sevgilisinə sadəcə, övladı kimi baxır, sevgi etiraflarından, ehtiras oyunlarından qaçırdı. Bu da onların münasibətlərinin soyumasına, Şopenin zamanla deyingənqocaya çevrilməsinə gətirib çıxarır. Getdikcə bəstəkarın Jorjun oğlu Morislə münasibətləri gərginləşir. Eyni zamanda Solanj da Şopeni anasına qarşı qoyur. Onu inandırmağa çalışır ki, Jorj xəyanətkardır.

... bütün bunlar on illik sevgi nağılının sonuna gətirib çıxarır. 1847-ci ildə Şopen Noanı tərk edir. Jorjun məktublarına, onu qaytarmaq cəhdlərinə cavab vermir. Bir neçə ay sonra məclislərin birində üz-üzə gəlsələr , Şopen Jorjla soyuq görüşür bu görüş sonuncu olur. İki il sonra dahi Şopenin xətəliyi şiddətlənir o, dünyasını dəyişir. Onun ölümündən öncə dediyi son cümlə belə olur: “O mənə söz vermişdi ki, mən onun qolları arasında öləcəyəm”.  

Jorj Şopendən sonra 27 il yaşadı. Öz prinsiplərinə, özünə sadiq qaldı hər zaman. Həyatında Prosper Merime kimi dahinin, yaxud Aleksandr Morso, Jorj Marşal kimi özündən gənclərin, sarışınların, yaraşıqlıların qısamüddətli dayanacaqları oldu. Lakin Jorj haqqında çəkilmişƏsrin uşaqları”, “Ekspromtfilmlərinə baxdıqdan, Andre MoruanınLeliya, yaxud Jorj Sandoçerkini, özünün müəyyən əsərlərini oxuduqdan sonra nədənsə mən Jorj Sand həyatını eskalatora bənzətdim. Özü ürəyi istəyəni mindirir, bir müddət yuxarıya aparır, sürəti artırır azaldır... Amma zirvədən aşağıya yol, ya dayanacaq yoxdu... Orda mütləq düşürtməlidi. Bəli! Həyatının sonuna yaxın yenə monastrda yaşamağa hazır olan uşaq düşüncələrinə qayıtmışdı Jorj. Daha doğrusu, Avrora. Nəvələrinə, övladlarına qulluq edən Avrora. Çox nikbin şən Avrora... O yalnız Şopeni dinləyəndə kövrələrdi.

... Amandina Avrora Lüsil Düpen 1876- ildə Noanda vəfat edir. Son sözləri belə olur: “Yaşıllıq ... Saxlayın”. Bu onun qəbrinə aid vəsiyyəti idi. Qəbri üstündə başdaşı qoyulmamasını, otların arasında itib-batmasını arzulamışdı Avrora. Həyatı boyu diqqət cəlb edən, ölümündən sonra qəbrinin gözdən itməsini istəyən Təzadlı Jorj.


P.S. Viktor Hüqo Jorj Sandın vəfatını eşidəndə yazmışdı: “Ölən üçün yas saxlayıram, ölməzi salamlayıram”.

 

 





25.10.2012    çap et  çap et