https://525.az/img/pics/medium/2022-12/248073_yo2787uxul.jpg "Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu güclənib"
https://525.az/img/pics/medium/2022-12/248070_8dpq23191o.jpg Çörək ətri - Günel Mehrinin yeni essesi
https://525.az/img/pics/medium/2022-12/248113_qv552jyq3g.jpeg Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub
https://525.az/img/pics/medium/2022-12/248110_3920f835pa.jpg Aslan İsmayılov Rəşad Məcidin müraciətinə cavab verib
search
4 Dekabr 2022
3 Dekabr 2022
2 Dekabr 2022

"Bizdən nəticə istəmək absurddur" - Cavid Hüseynov

"Bizdən nəticə istəmək absurddur" -  Cavid Hüseynov

"Sabah" çempionluq uğrunda mübarizə aparan 2-3 komandadan biridir. Həqiqətən də çox güclü futbolçulardan təşkil olunub. Buna baxmayaraq, məğlub olmamaq üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə təcrübəsizlikdən qol buraxdıq. Futbolçulara göstərdikləri mübarizəyə görə təşəkkür edirəm".

525.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Şamaxı"nın məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 8-ci turunda evdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Təcrübəsizlikdən "Neftçi" ilə matçın 85-ci dəqiqəsində qol buraxmışdıq. Bu gün də eyni hal baş verdi. Gənc komanda olduğumuza görə bu cür hallar baş verir". 

C.Hüseynov komandanın geridə qalan turlardakı çıxışını da dəyərləndirib: "Ən gec yığılan komanda biz olduq. Bundan əlavə gənclərdən ibarət komandayıq. Çox çətinliklə futbolçuları əldə etdik. Bu gün nəticə istəmək absurd bir şeydir. Komandanı formalaşdıranda nəticəni yox, futbolçuların inkişafını düşünürdük. Qarşımıza qoyulan məqsəd budur. Düzdür, turnir cədvəlinin sonuncu pilləsindəyik. Bu, məni də narahat edir. Amma nəticəni düşünsək, futbol oynamasaq, qapımızın toxunulmazlığı üçün çalışsaq, onda heç bir futbolçu inkişaf etməz. Ya futbolçuların inkişafını ya da nəticəni istəməliyik. Oyunçuların inkişafı göz qabağındadır. "Sabah"a qarşı bu cür mübarizə apardılar, təhlükəli epizodlar yarada bilirlər. 2-3 nəfər təcrübəli futbolçumuz var. Qalanları gəncdir. Elə futbolçular var ki, ilk dəfədir Premyer Liqada oynayırlar". 

C.Hüseynov qışda legioner transferi olunması haqda rəhbərlikdə görüşlərinin olacağını da deyib: "Bütün komandalar qarşısına avrokubok məqsədi qoyub və legionerlər transfer edib. Amma bizim məqsədimiz tam fərqli olduğu üçün legioner gətirməmişik. Hamı nəticə tələb edir. Ola bilər rəhbərlik təzyiq altında qərar versin ki, qışda legioner transfer edək. Bunu indidən demək tezdir. Rəhbərliklə görüşlərimiz olacaq. Bu mövzunu müzakirə edəcəyik. "Şamaxı" hələ qələbə qazana bilməyib, sonuncu pillədədir. Amma təcrübəsiz futbolçularla bu cür oyun oynayırıqsa, demək inkişaf var. Amma nəticə istəyirlərsə, 6-7 legioner olarsa, o zaman nəticə də olar.

Rəhbərliyin strategiyası belədir ki, futbolçular inkişaf etsin. Bir az səbr etməliyik. Heyəti gücləndirməklə nəticəyə oynamaq olar. İnanıram ki, son pilləni biz tutmayacağıq. Buna əminəm. Futbol ictiaiyyətində nəticədən danışılırsa, ola bilər ki, rəhbərlik də buna dözməsin".

Bölmənin digər xəbərləri
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.