|
|
|
|
İraqın Xilasetmə Xidməti bazar günü paytaxt Bağdadın mərkəzində milli tibbi laboratoriyanın çökmüş binasının dağıntıları altında bir nəfərin meyitini aşkarlayıb.
525.az "Report"a istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı davam edir.
Son məlumatda qeyd edilir ki, dağıntılar altından 13 nəfər xilas olunub. Hadisənin başvermə səbəbləri açıqlanmır.