525.Az

Goranboyda minik avtomobili traktorla toqquşub, iki nəfər xəsarət alıb


 

Goranboyda minik avtomobili traktorla toqquşub, iki nəfər xəsarət alıb<b style="color:red"></b>

Goranboyda "Chevrolet" markalı avtomobillə traktorun toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

525.az "Report"a istinadən xəbər verir ki, qəza zamanı minik avtomobilinin sərnişini, 1981-ci il təvəllüdlü C.Nazarova və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

 





02.10.2022    çap et  çap et