525.Az

UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib


 

UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib<b style="color:red"></b>

UEFA prezidenti Aleksander Çeferin İndoneziyada stadionda baş verən hadisələrdən kədərləndiyini və zərərçəkənlərlə həmrəy olduğunu bildirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çeferin: "Bütün Avropa futbolu adından İndoneziyada baş verən hadisələrlə bağlı dərin sarsıntımızı bildirmək istərdim. UEFA bu faciədən zərər çəkənlərin hamısı ilə həmrəy olduğunu bildirir", - deyib.

Oktyabrın 2-də İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadəsi nəticəsində baş verən qarışıqlıqlarda 174 nəfər ölüb. Eyni zamanda iğtişaşlarda 100-dən çox insan yaralanıb.

 





02.10.2022    çap et  çap et