525.Az

Məktəb uçub, ölən və yaralananlar var


 

Məktəb uçub, ölən və yaralananlar var<b style="color:red"></b>

Bazar günü Misir Ərəb Respublikasının paytaxtı Qahirənin cənub ətrafı - Kerdasa qəsəbəsində (Giza əyaləti) qızların təhsil aldığı ibtidai məktəb binasında baş vermiş uçqun nəticəsində bir uşaq həlak olub.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə prokurorluğun məlumatında deyilir.

Hadisə zamanı həmçinin daha 15 uşağın yaralandığı bildirilir.

Hadisə tənəffüs zamanı şagirdlər pilləkənlərlə sinif otağına gedərkən baş verib. Ehtimala görə, konstruksiya məktəblilərin ağırlığına dözməyib və pilləkənlərin beton dayağı dağılıb.

Baş prokuror araşdırma aparılması barədə göstəriş verib.

 





02.10.2022    çap et  çap et