525.Az

Qatarların hərəkəti gecikə bilər


 

Qatarların hərəkəti gecikə bilər<b style="color:red"></b>

Bənövşəyi xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
"Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək", - B.Məmmədov bildirib.

 





03.10.2022    çap et  çap et