Dövlət İmtahan Mərkəzində (DİM) SAT imtahanı keçirilib.
DİM-dən 525.az-a bildirilib ki, imtahanda 6 əcnəbi olmaqla, ümumilikdə 110 nəfər iştirak edib.
Növbəti SAT imtahanının dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in internet saytından əldə etmək olar.