525.Az

Liviyada tapılan kütləvi məzarlıqdan 42 cəsəd çıxarılıb


 

Liviyada tapılan kütləvi məzarlıqdan 42 cəsəd çıxarılıb<b style="color:red"></b>

Liviya hakimiyyəti Sirte şəhərində aşkar edilən kütləvi məzarlıqdan 42 cəsədin çıxarıldığını açıqlayıb.

525.az xəbər verir ki, Liviya hökumətinin İtmiş Axtarış və Təsbit Agentliyi mövzu ilə bağlı yazılı açıqlama verib: "Sirte Şəhər Prokurorluğundan verilən xəbərə əsasən, iki həftə ərzində İbn Haldun məktəbinin bağçasında qazıntı işləri aparılıb və işlər nəticəsində kütləvi məzarlıq aşkar edilib". Kütləvi məzarlıqdan 42 meyit çıxarılıb və şəhərdəki İbni Sina xəstəxanasına təhvil verilib. Ədliyyə Tibb Qurumu meyitlərdən sümük nümunələrinin götürüləcəyi, daha sonra laboratoriyaya göndəriləcəyi və itki ilə bağlı məlumat verən ailələrin arayış nümunələri ilə yoxlanılacağını bildirib.

Terhuna şəhəri 5 iyun 2020-ci ildə ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftara sadiq silahlı birləşmələrdən azad edilib. O vaxtdan bəri, demək olar ki, hər gün aşkar edilən kütləvi məzarlardan cəsədlər çıxarılır.

Qeyd edək ki, şəhərdəki kütləvi məzarlıqlara görə Həftərə bağlı "Kaniyat" milis qruplaşmasının məsuliyyət daşıdığı bilinir.

Məhəmməd Tağıyev

 





03.10.2022    çap et  çap et