525.Az

Hollandiyada maraqlı hadisə - 42 il sonra gələn açıqça


 

Hollandiyada maraqlı hadisə - 42 il sonra gələn açıqça<b style="color:red"></b>

Hollandiyada 1980-ci ildə göndərilən tətil açıqcası 42 ildən sonra ünvanına çatıb.

525.az xəbər verir ki, Hollandiyanın Brabant bölgəsində istirahət edən ailə Nieuw-Vennepdəki qohumlarına açıqca göndərib. 

Üzərində “Salamlar” yazılmış açıqca və istirahət düşərgəsindən fotolar ötən həftə poçtalyonlar tərəfindən geri qaytarılıb. Poçt şöbəsi qeyd edib ki, ünvan səhv və ya natamam olduğu üçün açıqçanı çatdırmaq mümkün olmayıb. 

İllər sonra Veronika açıqçanı bacısı Lüdvinaya yenidən göndərməli olub. Bu təəccüblü hadisədən sonra hazırda 64 yaşı olan kartın alıcısı Lüdvina Verhoeven “Mənim üçün bu kartı almaq çox özəldir, 42 il sonra olsa belə”, - deyə açıqlama verib.

Malik Atilay

 





03.10.2022    çap et  çap et