525.Az

Ermənistan deputatları Azərbaycana gəlir


 

Ermənistan deputatları Azərbaycana gəlir<b style="color:red"></b>

Ermənistan parlamentinin iki deputatı - Ermənistan Respublika Partiyası fraksiyasının üzvləri Bakıya gəlirlər.

APA-nın “Armenia Today”-ə istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan və “İrs” fraksiyasının katibi Tevan Poqosyan NATO PA-nın iyunun 16-18-də Bakıda keçiriləcək “Rose-Roth” seminarında iştirak edəcəklər.
 
Xəbərdə Azərbaycanın erməni deputatların təhlükəsizliyinə təminat verdiyi qeyd olunur.

 





14.06.2014    çap et  çap et