525.Az

Son 3 ayda ilan sancması ilə 76 nəfər müraciət edib


 

Son 3 ayda ilan sancması ilə 76 nəfər müraciət edib<b style="color:red"></b>

Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.

Bu barədə 525.az-a KTM-dən bildirilib.

Qeyd olunub ki, onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir.
Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.

Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb.

Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir.

 





04.10.2022    çap et  çap et