525.Az

Şimali Koreya daha bir ballistik raket buraxıb


 

Şimali Koreya daha bir ballistik raket buraxıb<b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 4-də daha bir ballistik raket buraxıb.

525.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilometr hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib. Bildirilir ki, raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır.

Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib

 





04.10.2022    çap et  çap et