525.Az

Muğam irsimiz və unudulmuş xanəndələrimiz


 

Muğam irsimiz və unudulmuş xanəndələrimiz<b style="color:red"></b>

Muğam irsimiz adlı geniş bir dəryaya baş vurduqca  yeni-yeni tapıntılar ortaya çıxır. XX əsrin əvvəllərində səsini qrammofon vallarına yazdırmış xanəndələrimiz çoxdur. Heyif, onların çoxu unudulub. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, bizim unudulanlardan  iki xanəndəmiz də var. Onlardan biri Məşədi Hilal Məmməd oğlu Zeynalovdur və o, Şuşada doğulub. Onun Azərbaycan Respublikasının Dövlət Səs Yazıları arixivində 30-dan çox səs ifası var. Paris Milli Kitabxanasında "Axşam oldu", "Sarənc", "Leyli-Məcnun", "Maç-Maç", "O xal nə xaldı" kimi 5 ifası mövcuddur. Onlardan ikisinin - "Leyli-Məcnun", "O xal nə xaldı" səs yazılarının surətini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasından Azərbaycana gətirib. Başqa 3 səs yazısına isə Paris Milli Kitabxanasından internet üzərindən qulaq asmaq olar. Bunlardan əlavə, Xalq artisti, professor Vamiq Məmmədəliyevin şəxsi arxivində "Gramophone Consert Record" firması tərəfində Tiflisdə yazılmış  "Cəlal Xaliq" və  "Leyil Məcnun" adlı ifaları olduğu məlumdur və hörmətli tarizənimiz bunları yutub kanalında paylaşıb.  Məşədi Hilalın "Orta seygah" adlı ifası valda Britaniya Kitabxanasının Səs Arxivində qorunub saxlanır. 30-dan çox ifası olan belə bir xanəndə haqqında çox təəccüblüdür ki, bizim indiyə qədər muğam irsi ilə məşğul olan tədqiqatçılarımız heç bir məlumat verməyib. Yəni onun Səs Arxivimizdə sistemləşdirilib saxlanan vallardankı səslərindən başqa, haqqında heç kim, heç vaxt, heç nə yazmayıb və bu istiqamətdə tədqiqat da aparılmayıb.

İkinci xanəndəmiz isə Məşədi Qafardır. O da şuşalıdır. Hansı səbəbdənsə Cənubi Azərbaycan köçüb. Orada həm rövzəxanlıq, həm də mərsiyəxanlıq edib. Onun da səs yazıları var, araşdırıb ortaya  çıxarmışıq. Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivində Gramophone, PATE və Ekstrafon firmalanında yazdırdığı 8 valda 12-dən çox ifası var. Bunlardan əlavə bir səs yazısını da "Muğam irsimiz" tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tapıb. Başqa səs yazılarını isə muğam irsimizin araşdırmaçısı tarzən Mehman Mikayılov aşkarlayıb. Onda o səslər var.

Mədəni irsimizi, keçmişimizi unutmamalıyıq. Keçmiş xanəndələrimizin  irsinə diqqətlə yanaşmalıyıq. Bizdə olan məlumata görə, Britaniya Kitabxanasının Səs Arxivində 100-ə yaxın Azərbaycan xanəndəsinin ifası fars adı ilə gedib. Onu mənə vaxtı ilə Gürcüstanda demişdilər. Ancaq o kitabxananın Səs arxivində Azərbaycandan heç bir  tədqiqatçı işləməyib. İnşallah, gələcəkdə imkan olarsa, biz həmin kitabxanaya da müraciət etməliyik. Vaxtı ilə, 1914-cü ildə Birinci Dünya müharibəsi başlayarkən köçüb gedərkən apardıqları səs yazıları firmalarının PATE, Sport Records, Ekstrafon və sair fonovallar həmin o Britaniya Kitabxanasının Səs Arxivindədir. Onlar fonovaldan yenidən istehsal edilməli, yəni müasir səs daşıyıcılarına köçürülməlidir. Bunun üçün müəyyən qədər vəsait lazımdır ki, Britaniyaya gedib orada bu işləri görəsən. İnşallah, mümkün olar.

Gülhüseyn KAZIMLI,

Turan İBRAHİMOV

 

Azərbaycan Dövlət Səs Yazıları arxivi

Arxiv

İstehsal

Fono sənədin

İfaçı və müşaiyət edən

Yazılma

Firma

№-si

adı

yeri və

 

 

 

 

tarix

 

513 

25334-25335  

Bayatı Kürd,Bayatı Şiraz.  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907 

PATE

517 

25332-25333  

Segax Zabul,Bayatı Qacar.  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907 

PATE

1482 

25334-25335  

Bayatı Kürd,Bayatı Şiraz.  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907 

PATE

FFiMI №151  

14489/10  

I:Leyli və Məcnun (təsnif), II:O xalnə xaldı (təsnif)    

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907

PATE

FFiMI №153  

14489/15  

I:Bayatı Kürd, II:Bayatı Şiraz (mahnılar)    

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907

PATE

FFiMI №154  

14489/17  

I:Bayatı Qacar , II:Zabul Segah    

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907

PATE

FFiMI №138  

11174  

I:Bayatı Kürd, II:Bayatı Şiraz    

Məşədi Hilal Zeynalov, tar, kamança  

1907

PATE

FFiMI №11173  

11173  

I:Yetim-Segah, II:Maç-maç (təsnif)    

Mahmud Behbudov Şuşinski, Məşədi Hilal Zeynalov / tar / kamança    

1907

PATE

531 

012201, 012205  

Səmayi-şəms, Mahur müxalif  

Məşədi Hilal Zeynalov, Məmmədoğlu Şuşinski, tar, kamança  

 

Gramophone

7780  

 

Mirzə Hüseyn segahı, Şur  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7782  

 

Segah Zabul, Bayatı Qacar  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7784  

 

Bayatı Şiraz, Bayatı Kürd  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7785  

 

Axşam oldu, Sarənc  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7786  

 

Qatar, Qatar təsn.  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7788  

 

Durun gedək evimizə, O xal nə xaldır  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7789  

 

Heyratı, Bayatı Şiraz  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

7790  

 

Кəsmə, Incitmə  

Məşədi Hilal Zeynalov, tar, kamança  

1909  

Ekstrafon

 





04.10.2022    çap et  çap et