525.Az

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb


 

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb<b style="color:red"></b>

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin daha bir köməkçisi özünə yeni iş yeri tapıb.

525.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yığmamızda köməkçi-məşqçi funksiyasını yerinə yetirən Fabio Qallo ölkəsinə birdəfəlik qayıdıb

52 yaşlı mütəxəssis İtaliya C seriyasında çıxış edən “Fodja”nın sükanı arxasına keçib. Rəhbərliklə aparılan danışıqlardan sonra Fabio Qallo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Canni de Byazi və köməkçilərinin AFFA ilə müqaviləsi oktyabrın 1-də başa çatıb. İtaliyalı çalışdırıcı ilə bağlı qərar bu gün keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq.

 





04.10.2022    çap et  çap et