525.Az

Pakistan məhkəməsi İmran Xana qarşı olan işi ləğv edib


 

Pakistan məhkəməsi İmran Xana qarşı olan işi ləğv edib<b style="color:red"></b>

Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın məhkəməyə hörmətsizlik ittihamı ilə mühakimə olunduğu işi dayandırıb.

525.az xəbər verir ki, İslamabad Ali Məhkəməsində İmran Xanın məhkəməsi keçirilib. Məhkəmə heyəti Xanın yazılı üzrxahlığını qəbul edib və keçmiş Baş nazirin məhkəməyə hörmətsizlik ittihamı ilə mühakimə olunduğu işə xitam verib. Pakistan "Ədalət Hərəkatı" (PTI) partiyasının lideri Xan məhkəməni tərk etdikdən sonra verdiyi açıqlamada, qərardan məmnun olduğunu deyib.

Xatırladaq ki, avqustun 20-də keçirilən mitinqdə verdiyi açıqlamadan sonra Xan məhkəməyə hörmətsizliklə ittiham olunurdu. O polis məmurlarını və qadın hakimi hədələməkdə günahlandırılırdı.

Qeyd edək ki, hökumətin Xana qarşı qaldırdığı işdə başqa bir məhkəmə onun oktyabrın 1-də terrorizm ittihamı ilə həbs olunmasına qərar vermiş, Xanın ərizəsi qəbul edildikdən sonra isə qərar icra olunmamışdı. Bu iş üzrə  məhkəmə isə oktyabrın 7-ə gözlənilir.

Məhəmməd Tağıyev

 





04.10.2022    çap et  çap et