525.Az

Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - Foto


 

Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - <b style="color:red">Foto</b>

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

 





04.10.2022    çap et  çap et