525.Az

"Gazprom"un təbii qaz ixracı 40,4 faiz azalıb


 

"Gazprom"un təbii qaz ixracı 40,4 faiz azalıb<b style="color:red"></b>

Rusiyanın enerji şirkəti "Gazprom", təbii qaz ixracının ilin 9 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz azaldığını bildirib.

525.az xəbər verir ki, "Gazprom"un verdiyi açıqlamaya görə, şirkətin ilin 9 ayında təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq 313,3 milyard kubmetrə düşüb. Sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz azalaraq 86,9 milyard kubmetri təşkil edib.

Açıqlamada "Sibirin Gücü" boru kəməri ilə Çinə qaz nəqlinin artmaqda davam etdiyi, sentyabr ayında gündəlik daşınma rekordunun iki dəfə qırıldığı bildirilib. İlin 9 ayında qlobal təbii qaz tələbatının 40 milyard kubmetr azaldığı, 35 milyard kubmetrlə qlobal tələbin azalmasında Aİ və İngiltərənin 90 faiz paya sahib olduğu bildirilib.

Qeyd edək ki, Avropada yeraltı təbii qaz anbarlarında ən yüksək doluluq səviyyəsi payız-qış dövrünün etibarlı şəkildə keçməsinə zəmanət vermir.

Məhəmməd Tağıyev

 





04.10.2022    çap et  çap et