525.Az

ABŞ-da həyəcan siqnalı - 5 şübhəli ölüm


 

ABŞ-da həyəcan siqnalı - 5 şübhəli ölüm<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatında son aylarda qeydə alınan 5 qətlin bir qatil tərəfindən törədilə biləcəyi açıqlanıb.

525.az yerli KİV-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı verdiyi açıqlamada Stockton rayon polis məmuru Cozef Silva bir neçə kvadrat kilometrlik ərazidə törədilən cinayətlərin qurbanlarının bir-birini tanımadığını; bu şəxslərin heç birinin soyulmadığını və döyülmədiyini vurğulayıb.

Qətllərin narkotik və ya silahlı dəstə ilə əlaqəli olmadığı da bildirilib.

Stockton polisi iyulun 8-dən başlayan bu qətllər haqqında məlumat paylaşanların 95 min dollarla mükafatlandırılacağını açıqlayıb.

Səlahiyyətlilər, həmçinin, bir çox cinayətlərin video lentində görünən qara kostyum və papaqlı bir adamın fotosunu yayımlayıblar. Cinayət yerində isə heç bir silah tapılmayıb.

Malik Atilay

 





04.10.2022    çap et  çap et