525.Az

Çin şirkətinin 682 milyon dollarlıq aktivi dondurulub


 

Çin şirkətinin 682 milyon dollarlıq aktivi dondurulub<b style="color:red"></b>

Hindistan Çinin mobil telefon istehsalçısı “Xiaomi” şirkətinin xarici şirkətlərə əqli mülkiyyət hüquqları üçün qeyri-qanuni pul köçürmələrinə görə 682 milyon dollarlıq aktivini ələ keçirib.

525.az xəbər verir ki, Hindistan Çinin “Xiaomi” şirkətinin 682 milyon dollarlıq aktivlərini dondurub. Hindistanda xarici şirkətlər tərəfindən aktivlərin köçürülməsi ilə bağlı mübahisələrə baxan apellyasiya orqanı aprelin 29-da Gömrük Mühafizə İdarəsinin aktivlərin dondurulması qərarını qüvvədə saxlayıb.

Qərarda “Xiaomi”, Xarici Valyuta Klirinqi İdarəetmə Qanununu pozaraq, istehsal etdiyi smartfonlarda istifadə edilən çiplərin əqli mülkiyyət hüquqları müqabilində ABŞ-ın mikroçip istehsalçısı “Qualcomm”a etdiyi ödənişləri köçürüb. “Xiaomi” və “Qualcomm”un köçürmələrin qanuni kommersiya qaydalarına uyğun olaraq həyata keçirildiyi qənaətində olduqları qeyd edilən açıqlamada, “Şirkətimizin nüfuzunu və səhmdarlarımızın mənafeyini qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik”- deyilib. “Counterpoint Research” bazar araşdırması şirkətinin məlumatlarına görə, “Xiaomi” və Cənubi Koreya istehsalçısı “Samsung” hər biri 18 faiz payla Hindistanda mobil telefon bazarında liderdir. 

Qeyd edək ki, 2020-ci ilin iyununda Hindistan və Çin arasında baş vermiş sərhəd münaqişəsindən sonra Çin şirkətləri ölkədəki fəaliyyətlərində çətinlik və maneələrlə üzləşmiş, Yeni Dehli rəhbərliyi təhlükəsizlik səbəbiylə Çin internet şirkətləri tərəfindən hazırlanmış 300-dən çox mobil proqramı qadağan etmiş, investisiya şərtlərini çətinləşdirmişdi.

Məhəmməd Tağıyev

 





04.10.2022    çap et  çap et