525.Az

Lion hava limanı təhlükəsizlik səbəbi ilə boşaldılıb


 

Lion hava limanı təhlükəsizlik səbəbi ilə boşaldılıb<b style="color:red"></b>

Fransanın  cənub-şərqindəki Lion şəhərində yerləşən "Lyon Saint-Exupery" hava limanı səhər saatlarında təhlükəsizlik səbəbi ilə qismən boşaldılıb.

525.az "France 24"ə istinadən xəbər verir ki, "Balaca Şahzadə" kitabının müəllifinin adını daşıyan "Lyon Saint-Exupery" hava limanının "Twitter" hesabından verilən açıqlamada bu gün səhər saatlarında təhlükəsizlik səbəbiylə hava limanının 1-ci terminalında əlavə yoxlamaların aparıldığı bildirilib. Açıqlamada bu səbəbdən terminalın boşaldıldığı və uçuşlarda gecikmələrin olduğu qeyd edilib. Sərnişin izdihamının fotoları isə sosial mediada paylaşılıb.

Qeyd edək ki, dünyaca məşhur "Balaca Şahzadə" kitabının müəllifi Antuan de Sent-Ekzüperi 1900-cü ildə Lion şəhərində anadan olub, 2000-ci ildə anadan olmasının 100-cü ildönümü ilə əlaqədar adı hava limanına verilib.

Məhəmməd Tağıyev

 





04.10.2022    çap et  çap et