525.Az

Səfərbərlikdən sonra Rusiyadan Qazaxıstana gedənlərin sayı müəyyənləşib


 

Səfərbərlikdən sonra Rusiyadan Qazaxıstana gedənlərin sayı müəyyənləşib<b style="color:red"></b>

Qazaxıstanın daxili işlər naziri Marat Əhmədcanov bildirib ki, Rusiyada qismən səfərbərlik elan edilən 21 sentyabrdan bəri ölkəyə 200 mindən çox Rusiya vətəndaşı gəlib.

525.az xəbər verir ki, nazir Əhmədcanov Nazirlər Şurasının həftəlik iclasından sonra jurnalistlərə açıqlama verib. Rusiyadan gələnlərlə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirən Əhmədcanov: "21 sentyabrdan bu yana 200 mindən çox Rusiya vətəndaşı gəlib. Eyni zamanda 147 min Rusiya vətəndaşı ölkəni tərk edib və 68 nəfər Qazaxıstan vətəndaşlığı üçün müraciət edib"- deyib. Son günlərdə Rusiyadan gələnlərin sayının azaldığını qeyd edən nazir Əhmədcanov, Bazar ertəsi günü 7 min Rusiya vətəndaşının gəldiyini, eyni zamanda 11 min Rusiya vətəndaşının getdiyini bildirib. Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və kosmik sənaye naziri Bağdat Musin, sentyabrın 21-dən etibarən təxminən 70 min Rusiya vətəndaşına əcnəbilər üçün ayrılmış fərdi identifikasiya nömrəsi verildiyini deyib. Musin qeyd edib ki, bu fərdi identifikasiya nömrəsi Rusiya vətəndaşlarına təkcə bank hesabı açmaq üçün deyil, həm də ümumilikdə ölkədə qalmalarına nəzarət etmək üçün verilib.

Məhəmməd Tağıyev

 





04.10.2022    çap et  çap et