525.Az

Beynəlxalq təşkilatdan Ermənistana iqtisadi sanksiya tələbi


 

Beynəlxalq təşkilatdan Ermənistana iqtisadi sanksiya tələbi<b style="color:red"></b>

Brest şəhərində  “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası”nın  13-cü  beynəlxalq konfransı  başlayıb. 

525.az-ın məlumatına görə, q
uruma üzv olan ölkələrin mütəxəssis və ekspertlərinin qatıldığı beynəlxalq konfransda Azərbaycanı milli məclisin üzvü Xanhüseyn Kazımlının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

9 ölkədən 60 nəfər  peşəkar mütəxəssis və ekspertlərin iştirak  etdiyi beynəlxalq Konfransa Milli Məclisin deputatı Xanhüseyn Kazımlı sədrlik edir. Konfransda MDB və Avrasiya  məkanında  baş verən  müharibə, terror, münaqişə  və təbii fəlakət zamanı zərər çəkən ölkələrə dəyən maddi ziyanın hesablanması, beynəlxalq hüquq normalarına əsasən terror və işğalçı ölkələr tərəfindən  zərər  çəkən tərəfə   təzminatların  ödənilməsi, onlara qarşı iqtisadi sanksyaların tətbiq olunması mexanizminin  öyrənilməsi  məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Konfransda Avrasiya Qiymətləndiricilər Konqresinin baş direktoru Nikolay Trifonov, Moldova nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka, Gürcüstan, Qazaxıstan, Rusiya, Belarusiya və digər ölkələrin  mütəxəssisləri çıxış edərək Beynəlxalq  Avrasiya Qiymətləndiricilər  Konqresinin fəaliyyətinin  gücləndirilməsinin vacibliyindən danışıblar.
 
Avrasiya məkanında  işğala və terrora məruz qalan ölkələrə dəyən maddi  ziyanın birgə  hesablanması    aqressiv  mövqe nümayiş etdirən  tərəfə cəza sanksyalarının tətbiq edilməsi üçün  beynəlxalq komissiya yaradılmasının zəruriliyini  vurğulayıblar. Tədbir iştirakçılarının diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə yönəldən Avrasiya  Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, millət vəkili X. Kazımlı  bununla bağlı Azərbaycan respublikasının prezidenti İlham Əliyevin göstərişinə və Azərbaycan hökumətinin sərəncamına əsasən ölkəmizə dəyən ziyanın hesablanması üçün işçi qrupunun yaradıldığını  və ilkin hesablamalara görə  bu ziyanin 100 milyardlarla ABŞ dolları həcmində olduğunu nəzərə çatdırıb.

"Ermənistan  gec-tez işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurduğu maddi ziyanın təzminatını ödəməlidir. Çünkü bunu ondan beynəlxalq  hüquq normaları tələb edir" deyən Xanhüseyn Kazımlı  Avrasiya  Qiymətləndiricilər  Birlikləri Assosiasiyasının idarə heyətinin   üzvülərini işğalçılıq siyasətindən əl çəkməyən ermənistana  qarşı iqtisadi sanksiya tətbiq etməyə səsləyib. Xanhüseyin Kazımlının fikrinə dəstək verən Moldova nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka həmkarlarına düzgün qərar verməyin vacib olduğunu xatırladıb.  

"
Azərbaycan Avrasiya məkanında  işğaldan əziyyət çəkən ölkələr sırasındadır. Bu baxımdan işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara dəyən ziyanin hesablanması və bununla bağlı  Ermənistanın təzminat ödəməsi beynəlxalq hüquq normalarına əsasən tələb olunmalıdır"- Tereburka   deyib.

3 gün davam edən beynəlxalq  konfransın ilk günündə  Azərbaycan və Moldova tərəfindən irəli sürülmüş işğalçı ölkələrə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi layihəsi geniş müzakirə olunaraq, quruma üzv olan ölkələrin  səs çoxluğu ilə qəbul olunub. Bu baxımdan Ermənistanın işğalçılıq siyasətinə görə, Azərbaycana vurduğu ziyanın təzminatını  ödəməsi məsələsi beynəlxalq təşkilatın hüquqi sənədinə daxil edilib.

Beynəlxalq Konfrans öz işini iyunun 15-də yekunlaşdıracaq.

 





14.06.2014    çap et  çap et