Şəmkirdə baş verən dəhşətli yol qəzasında ölənlərin və xəsarət alanların adları məlum olub.
APA-nın məlumatına görə, Şəmkir rayonunda baş verən qəza zamanı Ağstafa rayon sakini, 2006-cı il təvəllüdlü Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü Fəqanə Quliyeva, 1948-ci il təvəllüdlü Rahilə Əsgərova və şəxsiyyəti hələlik məlum olmayan daha 2 nəfər hadisə yerində ölüb.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.
çap et