525.Az

Yolun bağlanması -Üçüncü yazı


 

Yolun bağlanması<b style="color:red"> -Üçüncü yazı</b>

Korpus kəşfiyyat bölüyünün sabiq komandiri

 

25 oktyabrdakı nisbi sakitlik zamanı ötən gün üçün ilk ağlıma gələn bənzətməit yiyəsini tanımırdıfikri olmuşdu. Mal-qaradan tutmuş  körpə uşağacan hamının qarışdığı bir ərazidə müdafiə olunmaq, sonra bir kənarda intizam təmin edərək düşərgə qurmağın çox çətin olduğunu həmin gün başa düşdüm.

Amma bizim işimiz çox idi. İki qrup düzəldib kəşfiyyata göndərdim əlavədə bir yerdə müşahidə məntəqəsi qurduq. Qalan silah sursatlardan uzunmüddətli gizli ambarlar düzəldib gələcək silahlı mübarizə üçün hazırladıq. Çünki bizim burada qalma planlarımız gələcək məramımız hələ dəqiqləşdirilməmişdi. Düşmənin hansı ərazilərə qədər işğal etdiyi haqda məlumatımız yox idi. Amma oktyabrın 26-na keçən gecə Mirzənağlı-Horadiz yolunda kiçik olsa bir əməliyyat aparıb, düşmənə kim olduğumuzu göstərə bildik. 

Həmin gün günorta Araz kənarındakı müşahidəçimiz İran tərəfdən bir neçə nəfərin komandiri danışığa çağırdığını mənə bildirdi. Mən çayın kənarına gəlib özümü təqdim etdim bu yetkililərin məndən istəklərinə qəti etiraz etdim. Onların tələbi belə idi ki, biz sərhəddin İran ərazisindəyik beynəlxalq hüquq qaydalarına görə İran tərəfə keçib silahı onlara təhvil verdikdən sonra onlar bizim Azərbaycan tərəfinə aparıb təhvil verməlidirlər.

Təbii ki, mən xəritəyə görə onların haqlı olduğunu bu adanın İran ərazisi sayıldığını bilirdim. Amma o zamankı xəritələrin aşağı küncündə Araz çayının məcrasının dəyişməsiylə əlaqədar olaraq sərhəd xəttinin oynaması nəzərdə tutulurdu. İran yetkililəri mənim fikrimə etiraz etsələr , təkid edə bilmirdilər. Çünki onları məndən Arazın əsas qolu ayırırdı mən öz torpağımıza maneəsiz keçib-gəlirdim.

Aradan iki saat keçəndən sonra məni yenidən həmin yerə çağırdılar bu dəfə həmin adamların yanında mülki geyimdə olan 8-ci tabur komandiri Zahir Həsənovu gördüm. O mənimlə qalan əsgər zabitlərin onun tabeçiliyində olduğu üçün onlara əmr formasında çıxıb getməklərini söylədi. Mənim etirazıma cavab olaraq bildirdi ki , o artıq üçüncü gündür İran ərazisindədir burada olan vətəndaşlarımızın bizim qalıb mal-qara satmaqla məşğul olduğumuzu danışırlar. Bu söhbətlərdən sonra dəstədə ikitirəlik yarandı çoxluq getmək tərəfdarı olduğunu büruzə verdilər. Mən hamını başa düşürdüm. Vətəni ağır gündə qoyub qaçanlar qalıb ölümün gözünə dik baxanlar üçün belə fikirdədirlərsə, burada qalıb mübarizəni davam etdirməyə dəyərmi? Bu suala hamı birmənalı cavab verə bilməz.

Müəyyən şeyləri basdırıb, maşınları yandırıb Azərbaycan torpağını bir geri qayıtmq üçün tərk etdik.

Bu üç gündə müharibədə görmədiyimiz çox faciələr gördük. Körpə uşağını qoyub qaçan ananı, qoca xəstə anasını atıb İrana keçən kişini (?) gördük.

Doğrusu, İranda silahları təhvil vermək onsuz da alçaldıcı baxışların altında bizi daha da alçaltdı. Avtobuslarda keçib getdikcə Arazdan o taya yanmış kəndlər görünür bizi bir daha keçib gəlməyimizdə peşmançılıq hissini gücləndirirdi. Bu hiss 71 gün bizim qəlbimizi gəmirəcək nəhayət, 05 yanvar 1994- ildə sevinc hissiylə əvəz olunacaqdı.

Yolun bağlanmasıyla başlayan bu faciələr Xocalıdan üzü bəri görünməyən problemləri üzə çıxardı. Hər yerdə inzibati strukturların vətəndaşları başlı-başına qoyub qaçmaları, təsərrüfat rəhbərlərinin hər şeyi satıb, sonra düşmənə qalmasıyla, ya da ən pisi Azərbaycan Ordusu döyüşçüsünü ləkələməklə özünü təmizə çıxartması kütləvi şəkildə baş alıb gedirdi.

Digər məsələ yolun bağlanması sonrakı işğalda hərbi hissələrin rəhbərliyini günahlandırmaqdır ki, buna da istintaq orqanları digər faktlar kimi lazımi qiymət vermişlər.

Texnika canlı qüvvənin azlığı (olmaması) ölkədəki hərc-mərclik, qarışıqlıq, fərariliyin yüksək həddi, strukturların iflic vəziyyətə düşməsi kimi səbəblər toplumu bu faciənin səbəbi kimi göstərilə bilər.

Sonrakı istintaq sübut etdi ki, bu barədə hərbi hissənin o vaxtkı komandiri Heydər Piriyev onun qərargahı problemi həll etmək üçün əllərindən qələni etmişlər. “Bütün döyüşlərdə bizimlə çiyin-çiyinə dayanmış bu adamların vicdanlarının təmiz olduqlarına biz o vaxtlar da indiki kimi inanırdıq.

Amma məni bu məsələdə daha çox narahat edən vətəndaşlarımızın bu faciələri yaşamaqla hələ müharibənin əsas məqsədini anlamaqda çətinlik çəkməsidir.

Mən , onlar kimi əvvəllər düşmənin cəbhə xəttini yuvarlaqlaşdırmasını, sonra Dağlıq Qarabağ deyilən ərazinin sərhədləri daxilində cəbhə xətti qurması fikrinə inanırdım. Sonradan rayonlarımız gedəndə isə guya Qarabağ ətrafında təhlükəsizlik zolağının yaradılması məqsədindən danışılırdı. Hətta avqustda düşmənin Araz çayına çıxmaq planlarından danışarkən onlar buna cürət etməz, beynəlxalq qanunlar İran imkan verməz deyə nağıllarla səsimizi kəsirdilər.

İndi sükür ki, Gəncə-Yevlax arasından Mingəçevirə çıxmaq planlarının mövcudluğu heç kimə sirr deyil.

Amma 1993- ilin  dekabrında Beyləqan üzərində real təhlükə vaxtı mənim öz düşüncələrim dəyişikliyə uğradı.

Belə ki, səhərə yaxın 3 nəfərlik qrupumla ələ keçirdiyimiz düşmən əsiri maraqlı olmasa da, məntiqi cavabıyla çox şeyə aydınlıq gətirmişdi.

Onu da deyim ki, bu uzun, pəzəvənd adamı mən seçib gətirməmişdim. Kəşfiyyata azdan-çoxdan bələd olanlar bilir ki, düşmən içərisindən əsir gətirmək İmanqulunun sürüsündən qoyun oğurlamaq deyil ki, seçib içindən yağlısını cavanını gətirəsən. Bu işdə seçim, demək olar ki, yoxdur. Əlimizə düşən tək olsun bizim pusqu qurduğumuz dalda yerdə qarşımıza gəlsin bu elə bizim seçimimizdir, necə deyərlər, bəxtimizin gətirməyidir.

Bu baxımdan güclə badalaq vurub yerə yıxdığımız bu bığlı-saqqallı adamı çox əziyyətdən sonra işıqlananda gətirib təhvil verdikdə hamımız sevinirdik. Bu işdə peşəkar olsaq da, bəxtimizin gətirdiyini etiraf edirdik.

Amma sorğu vaxtı Yerevandan olan bu döyüşçünün dəyərli bir biliyə malik olmadığı ortaya çıxanda təəssüfləndik. Onun döyüşçüsü olduğu Gorus briqadasının hara kimi hücum edəcəyini, strateji planlarını sorduqda o, təəccüblə bizə demişdi: “Bizə deyiblər hara kimi çəkilsələr, ora qədər gedin”. Yəni Bakıya çəkilsələr oranı almaq üçün getməliyik, konkret sərhədi heç kim nəzərdə tutmayıb”.

O vaxtdan bu müharibənin Azərbaycanın özünə qarşı, müstəqilliyinə qarşı yönəldiyinə əmin olmuşam. İndi 1920-ci il deyil ki, Yalamadan Bakıya birbaşa gələsən. İndi XXI əsrdir. Hazır Qarabağ problemini yaradıb onu böyütməklə bu məqsədə nail olmaq mümkündür. Bu sarıdan itirilmiş torpaqlar bir yana, itirilməmiş Azərbaycan həmin dövrdə öz vicdanlarından canlarından başqa heç nəyi olmayan, özbaşına axıradək dayanıb düşməni daha irəli buraxmayan adlı adsız qəhrəmanlara borcludur.

 

 





25.10.2012    çap et  çap et