|
|
|
|
Banqladeşdə elektrik şəbəkəsinin sıradan çıxması səbəbindən ölkənin böyük bir hissəsi qaranlığa qərq olub.
525.az xəbər verir ki, Banqladeşdə elektrik şəbəkəsindəki nasazlıq səbəbindən paytaxt Dəkkə daxil olmaqla, demək olar ki, bütün ölkədə elektrik enerjisi kəsilib.
Dövlətə məxsus Banqladeş Enerji İnkişafı Şurası verdiyi açıqlamada ölkənin şərq hissəsindəki ərazidə elektrik enerjisinin kəsildiyini və təxminən 140 milyon insanın işıqsız qaldığını bildirib.
İdarə Heyətinin sözçüsü Şamim Həsən bildirib ki, şimal-qərb bölgələri istisna olmaqla, ölkənin qalan hissəsi işıqsız qalıb.
Mühəndislərin nasazlığın səbəbini və yerini müəyyən etmək üçün çox çalışdıqlarını bildirən Şamim Həsən, nasazlığın aradan qaldırılmasının saatlar çəkə biləcəyini söyləyib.
Sevil Seymur