525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 XIII əsrin ortalarında florensiyalıların florin adlanan öz sikkələrini yaratması ilə, dünya iqtisadiyyatına Florensiyanın təsiri ən yüksək səviyyəyə çatdı və bu sikkə həmçinin, dövrün pul bazarında ümumi qarışıqlıq yaratdı, çünki həm Avropada, həm də Şimali Afrikada ən vacib ölçü vahidinə çevrildi. Florin adlı valyuta qədim Roma divarlarından kənarda öz evləri, faktoriyaları və sənətkarlıq emalatxanaları olan Florensiyanın böyüməsinin simvolu kimi yayıldı. O həm də şəhərin irəli gedən əhalisinin iqtisadi inkişafının parlaq rəmzi rolunu oynadı.

Lakin Müqəddəs Roma imperatoru II Fridrixin ölümündən sonra, 1250-ci ildə şəhər əhalisi maqnatlara qarşı üsyan qaldırdı və Kommunanı tutmaqla, Birinci Adamların hökumətini qurdu.

Aristokrat vətəndaşların müdafiəçisi olan Gibellinlər II Fridrix sağ olanda Florensiyada ağalıq edirdilər, beləliklə, onlar  manufaktura və tacir siniflərinin maraqlarının təmsilçiləri kimi qalmaqla, Quelflər tərəfindən hakimiyyətdən uzaqlaşdırıldılar, məğlub olanlar sürgündən imtina etdilər, lakin 10 il sonra, 1260-cı ildə Quelfləri məğlub edib, Florensiyada hakimiyyətə qayıtdılar və bir daha yenidən Kommunaya nəzarəti əllərinə keçirdilər. 8 il sonra Quelflərin əlinə keçən hökumət İkinci Adamların hökuməti adlanırdı.

Tacirlərin və bankirlərin XIII əsrin ikinci yarısında qüvvələri möhkəmləndi, onlar maqnatları magistratlardan uzaqlaşdırdılar, öz sosial bazalarını genişləndirməklə, Böyük və Kiçik gildiyaların nümayəndələrini hökumətin tərkibinə gətirdilər. Qanun Kodeksi ilə nəcib kübar ailələrinin və maqnatların hansısa bir sahədə siyasi rol oynamağa yüksəlməsinə icazə verilmədi.

Florensiya tacirlərinin və bankirlərin şəhərin inkişafında başlıca rol oynaması üçün konstitusiya qaydasında alilik prinsipi müəyyən edildi.

Bədbəxtlikdən, bu dövr bütün Avropanın siyasi və institutsional quruluşlarında böyük qeyri-sabitlik və qeyri-müəyyənlik illəri idi. Belə vəziyyət şəhərlərin fərdi əhalisi tərəfindən öz faydalarını və ideallarını qorumaq üçün tədbirlər görməsini  zəruri etdi. Bu qaçılmaz olan şəraitin nəticəsində bölünmələr meydana gəldi, onlar əsl fraksiyalara və partiyalara çevrildilər. XIV əsrin başlanğıcında Florensiyada Quelflər hərəkatı Ağ və Qara partiyalara parçalandı. Lakin Böyük Gildiya hakimiyyətdə qaldı, baxmayaraq ki, Qaralar qələbə çalmışdılar.

Həmin əsrin ilk illərində papa VIII Bonifatsi tərəfindən şəhərə xarici müdaxilə baş verdi, o, Fransada Valua sülaləsindən olan kral IV Şarl  vasitəsi ilə Qara fraksiyanı dəstəkləmək və ona kömək göstərmək üçün Florensiyaya qüvvə göndərmişdi. Qaralar Kilsənin tərəfdarları idilər və həmin partiyanın üzvləri arasında yüksək kübarlar da var idi. Onlar aqrar maraqları naminə hərəkət edən başlıca maliyyəçilər - bankirlər və tacirlər idi. Bütün hallarda IV Şarlın Florensiyadan ötüb-keçməsi şəhərdə ağır iz qoydu.

1311-ci il barışığına görə Quelfin tərəfdarları hesab edilənlərin hamısı şəhərə qaytarıldı, onlar əsasən, tabe olmamaqla fərqlənən quelflər olduğuna görə şəhərdən qovulmuşdular. Olduqca təhlükəli qaydada mühakimə edilən şair Dante Aligyeri isə qayıdanların arasında yox idi. Bir il sonra nəhayət, Florensiya Müqəddəs Roma imperiyasından çıxarıldı, bu, heç də kiçik bir məsələ deyildi.

Buna baxmayaraq, Florensiyanın reaksiyası güclü və qətiyyətli idi. Şəhər əhalisi xəbər tutdu ki, bəzi liderlər Fransa kralının yanına göndərilmişdir. Onlar krala yazıb bildirdilər ki, əmin ola bilər ki, müdaxilə olmadan da kommersiya davam edə bilər. Onlar imperator VII Henrinin təcavüzkarlığını dramatik boyalarda təsvir etmişdilər. Bununla da kralın rəğbətini qazanmaq istəyirdilər.

İmperatorlar - VII Henrinin (1310-1313-cü illər) və Bavarriyalı Lyüdviqin (1327-1329-cu illər) İtaliyaya gəlmələri ilə Florensiya iki sərt məğlubiyyətlə üzləşməli oldu. Nəticədə, Florensiya öz müstəqilliyinin bir hissəsini itirdi. Bu dövrdə şəhərin qaranlıq illəri başlandı. Lakin sonrakı uğurların köməyi ilə Florensiyanın Toskanada ən azı aparıcı qüvvə olmasını saxlamaq mümkün oldu. Şəhər tənəzzül edəndə sülalə hakimiyyətinin altında idi.

Bu illərdə Mediçilər səhnədə görünməyə başladılar. Covanni di Biktsi hətta bəzən geniş rol oynayırdı. Onun babasının əmisi oğlu Salvesto de Mediçi qiyamın təşkilatçılarından biri idi. Covanni qüdrətli ailənin əsl banisi olmaqla, respublikanın inkişafını dəstəkləmək üçün müvafiq infrastrukturu yaratmağa qadir idi.

Florensiyadakı respublika quruluşu dünyada nə vaxtsa mövcud olmuş respublikaların ən yaxşısı kimi tanındı. Bu vaxtdan etibarən uzun dövr ərzində Mediçilər Florensiya tarixinə daxil olmaqla, şəhərin böyüyən iqtisadi qüdrəti də onların fəaliyyətinin nəticəsi kimi meydana çıxdı.

Faktiki olaraq Florensiya öz hökumət sistemi ilə Avropada özünü çox fərqləndirməklə tanınan dövlət sistemi kimi göstərdi. Mühüm xüsusiyyəti isə o idi ki, 50 min nəfər şəhər sakinindən 5 ya 6 min adam rotasiya yolu ilə vəzifə tutmağa qadir idi. Bu səbəbə görə hakimiyyətin birbaşa az adamın və xüsusən, bir adamın əlində olması heç də asan məsələ deyildi.

Mediçilərin hakimiyyətə gəlməsindən əvvəlki uzun dövr ərzində imperiya ilə Papalıq arasında müharibələr gedirdi. Florensiyalılar öz şəhərlərinin böyüməsinə diqqət verirdilər və qiymətli arxitektura, heykəltəraşlıq, rəngkarlıq və ədəbiyyat əsərlərinin yaranmasına nail olurdular. Gözəl və ya liberal rəssamlıq, sözün əsl mənasında, dəqiq ifadəlilik yaradırdı. Gözəl incəsənətdə iki dahi - arxitektor və şair - Cotto və Dante xüsusilə başqalarından seçilirdilər. Onlar birbaşa xalqın rifah barədəki və gözəllik hissləri mədəniyyətinə təsir göstərirdilər, bunu bu gün "həyatın keyfiyyəti" adlandırırlar. Bu iki nəhəngə Covanni Bokkaççonun adı əlavə oluna bilərdi, o, daha çox öz soyadı ilə tanınır. Onun  intellektual töhfələri onların səviyyəsində deyildi, lakin bu töhfələr könülə və yeniliyə çatdıqda, onlara bərabər olurdu.

Onlara daha yaxından baxmaq ehtiyacı da yaddan çıxmamalıdır.

Cotto 1267-ci ildə anadan olmuş, 1327-ci ildə Florensiyada ölmüşdür. O, bütün yenilikçilər kimi estetik cəhətdən heç də tezliklə başa düşülməmişdi. Onun intellektual müasiri Bokkaçço, digər tərəfdən Cottonu rəssamlığı yenidən bərpa etdiyinə görə qiymətləndirərək deyirdi ki, o, zamanın dəbinə uyğun olaraq yaradır. Onun əsərləri gözə həzz verir. Cotto əvvəlcə heykəltəraşlıqdan ilhamlanmışdı, sonradan arxitekturaya keçmişdi.

Əgər onun incəsənət inqilabındakı həlledici cəhəti tarixi təkamülün meydana çıxmasıdırsa, o, humanizmi təsvir etməyə üstünlük vermişdi. Bununla da, o, Renessans dəyərlərini öncədən görməyi bacarmışdı. O, qədim yunan və Bizans modellərindən imtina edərək, Latın klassizminin dəyərlərinin yenidən tələb olunmasına nail oldu. Təxəyyülü təklif edən bu yolu vurğulayaraq, onun yaradıcılıq dəyişikliyi barədəki rəyini, bu tarixi dövrdə onun istifadə etdiyi üsulu Vazari belə izah edir: "Rəsm sənəti Toskanada, daha doğrusu, Florensiyanın timsalında özlərinin Renessansı idi".

Bu estetik bünövrə üzərində Cotto obyektiv formanı gördü və həmin homogen məktəbdə mümkün olduğu qədər uğur qazandı. Bu yolla o, öz ideallarını divarlarda və ya freskalarda ifadə edirdi. Nəticə olduqca parlaq idi, ona görə də "Cottoesko" adlanan rəssamlığın çiçəklənməsi fazasına aparıb çıxardı. Bəzi hallarda təkrara yol versə də, lakin onun əsərləri daim yüksək keyfiyyətli olaraq qalırdı və onun banisinin adı ticarət nişanı qarantiyasının bir növünə çevrildi.

Florensiyada bu dahi ustanın sənəti həm arxitektura və həm də rəngkarlıqda, məsələn, Karraya körpüsünün layihəsində, bu körpü İkinci Dünya müharibəsi ərzində məhv edilmişdi, Duomanın füsunkar zəng qülləsində və digər əsərlərdə ifadə edilmişdir.

Dante Aligyeri 1265-ci ildə Florensiyada anadan olmuş, 1321-ci ildə Ravennada ölmüşdür. Gənclik dövründən o, italyan şairləri arasında ən görkəmlisi olmaqla, əsl poetik dil səviyyəsinə qalxmaq istəyirdi. Təsadüfi deyildir ki, o, italyan ədəbi dilinin banisi hesab olunur, çünki o vaxtlar hakim mövqe tutan latın dilindən imtina edərək, xalq dili statusuna yiyələnmiş italyan dilində öz əsərlərini yaratmışdır. Ədəbi ingilis dilinin banisi Çozer isə bu işə Dantedən bir əsr sonra girişmişdi.

Yeni ədəbi dildən istifadə ustalığının Dante özünün "Dolce" - "Şirin" adlı əsərində ağıllı qaydada təcrübədən keçirdi, sonra isə ona şairliyinin mütləq incisi olan "İlahi komediya"sında nail oldu.

Dante çoxtərəfli qabiliyyətlərə malik idi, siyasətdə də iştirak edirdi. Baxmayaraq ki, o, 1295-ci ilə qədər siyasi fəaliyyətdən uzaqlaşdırılmışdı. Qanun Kodeksinə görə ona Florensiyada diqqət göstərilməsinə başlandı. O, bir qeydiyyatdan keçmiş üzv kimi gildiyada işləmək istədi və Həkimlər və Botaniklər Gildiyasını seçdi. Yeddi il ərzində şəhər hökumətində müxtəlif vəzifələr tutdu. O,  Yüz şurasına məxsus olmaqla, həmçinin, monastır başçısı oldu. Bu vəzifəni icra edərkən Ağ və Qara fraksiyaların mübahisə edən liderlərinin sürgün edilməsində iştirak etdi. Papanın xoşagəlməyən əxlaqına və siyasi davranışına müxalif olduğuna görə o, iki səfirlə birlikdə papa VIII Bonifatsinin sarayına göndərildi. Öz missiya yoldaşlarının sərbəst qaydada geri qayıtmasına icazə verildiyi halda, Dante bir daha heç vaxt Florensiyaya ayağını basa bilmədi.

Əslində, o, 1302-ci ildə qiyabi olaraq məhkum edilib, sürgünə göndərildi. O, Qaralar tərəfindən öldürüləcəyi təhlükəsinə görə şəhərə qayıtmağa risk etmirdi. Çünki bu vaxt onlar hakimiyyəti əllərinə almışdılar. Müxtəlif sərgərdanlıqdan sonra Ravennada yaşamağı qərara aldı, axırda da orada öldü. Cotto ilə olan kimi, bu ustanın da həyatının detallarına əhəmiyyət vermədən etiraf etmək lazım gəlir ki, onun əsərləri indi də bəşəriyyət üçün zəngin mədəni irs sayılır.

Covanni Bokkaçço 1313-cü ildə Florensiyada anadan olmuş, 1375-ci ildə Sertaldoda ölmüşdü. O, Sertaldodan olan tacirin oğlu idi. Onun 4 yaşı olanda atası güclü bir ailə ilə əlaqəsi olan puldəyişənlər gildiyasının konsuluna çevrilmişdi. O, xeyli səyahətlər etmiş, Florensiyanın biznes əlaqələri olduğu Parisə getmişdi. Lakin Covanni praktiki işləri xoşlamırdı. Kommersiya sahəsində ekspert kimi sosial həyata daxil oldu və kommersiya ekspertizasında işləmək üçün Neapola göndərildi. O, madonna Fiamletta ilə tanış oldu, bu görüş ona biznes həyatından uzaqlaşmağa imkan verdi və o, özünü ədəbiyyat dünyasına həsr etdi.

Bokkaççonun həyatı ilə poeziya dünyası arasındakı məsafə heç də onun üçün Dante və Petrarka kimi böyük səbəb rolunu oynamadı, bu vaxt onun yaxşı tanınan "Dekameron"u yarandı və bu əsər, əlbəttə ki, yüksək ədəbi dəyərə malik idi, onun tikanlı mövzuları bir qədər vulqar təsir bağışlasa da, nəql etmək dərəcəsinə görə təsvir səhnələri ciddi nəzarəti əvəz edirdi.

Klassik nümunələrə müvafiq olaraq həm də yerli dildə bu əsərlər humanizm kimi qiymətləndirilirdi. Digər tərəfdən klassik mətnlərin yenidən kəşfi və öyrənilməsi Renessans humanizminin qidalandığı köklərdə idi. Onlar Bokkaçço ədəbiyyatındakı fərdlərin mənşəyi sayıla bilərdi. Bu, həmçinin, onun Petrarka ilə böyük dostluğunun vacib səbəbinə çevrildi. Onun da ən məşhur əsərləri humanist köklərə malik olduğunu təsdiq edirdi.

Bokkaççonun ən mühüm əsərləri "Filoloko", "Filostrato", "Kənd Karmeni" idi. Digər əsərləri qədim mifologiyanın geniş ensiklopediyası olmaqla, onları yaratmaq işi ilə öz ölümünə kimi məşğul oldu.

O, həmçinin, mühüm ictimai məsuliyyətə də malik idi, 1365-ci ildə papa V Urbanın səfiri kimi fəaliyyət göstərmişdi. Genuyaya, Nitsaya və Avinyona səyahət etmiş, axırıncıda Petrarkanın sonuncu sağ qalmış dostları ilə görüşmüşdü. İki il sonra yerinə yetirdiyi müxtəlif missiyalar arasında o, Venetsiyaya səyahət etmiş, orada öz böyük dostu ilə görüşməyə ümid etdiyi halda, yalnız Petrarkanın qızı Françeskanı salamlaya bilmişdi.

1370-ci ildə o, Neapola qayıtdı. Sonra onu Florensiyaya dəvət etdilər ki, kilsədə xalqa "İlahi Komediya"nı oxusun. Bu dəvət onun qabiliyyətinin rəsmi etirafı olmaqla, həm də Dante ilə onun sülh bağlamasını təsdiq edirdi. Axı Dante artıq məşhur bir şəxsə çevrilmişdi.

(Ardı var)

 





05.10.2022    çap et  çap et