525.Az

Çöhrəsindən Günəş kimi nur yağan 18 yaşlı şəhidim...


 

 Çöhrəsindən Günəş kimi nur yağan 18 yaşlı şəhidim...<b style="color:red"></b>

Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Eynilə şəhid Rəhimli Ömər də bu məqama ucaldı.

Şəhidlik nədir? Şəhidlik müqəddəs məqsəd üçün  həyatını verməkdir.  Bizim üçün  din, vətən, torpaq,  şərəf kimi anlayışlar müqəddəsdir və bu  müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə, canımızı fəda edərik.

Rəhimli Ömər Rəşad Oğlu 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Hindarx qəsəbəsində Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidi Etibar İsmayılov adına tam orta məktəbdə təhsil alıb. 

Ömər 2020-ci ilin fevral ayından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. O, Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 

Şəhidin atası Rəhimov Rəşad oğluyla bağlı xatirələri bizimlə bölüşüb.  Atası deyir ki, Ömər ailənin böyük övladı olub: 
"5 ayın əsgəri idi. Ömərin tək istəyi hərbçi olmaq idi. Deyrdi mən hərb tarixində ad qoyan hərbçi olacağam. Elə də oldu. Ömər İkinci Qarabağ müharibəsi başlayanda 27 sentyabr ərəfəsi Sumqaytda "N" saylı hərbi hissədə xidmət göstərirdi. Ordan ön cəbhəyə könüllü əsgər seçimi edilərkən çıxıb qabağa ki, mən də döyşməyə gedirəm. Komandir deyib oğul, sən gənc əsgərsən hələ 5 ayın yeni tamam olub, sən gözlə. İsrarla deyib xahiş edirəm, Vətən çağırır mən hökmən getməliyəm. Çünki biz Qarbağlıyıq, biz getməyib kim gedəcək? 

İlk dəfə Füzuli istiqamətində döyüşə qatılıb. O ağır artilleriyada topçu idi. Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Hadrut, Şuşa istiqamətində döyüşüb. Handurtun azad olunmasında iştrak edib. Komandiri danışırmış ki, 18 oktyabrda mühasirəyə düşüblər. Səhərə kimi bunlara yerdəyişmə etdim ki, ermənilər qaldığımız yeri vurmasınlar. Səhər açılanda komandir şəxsi heyəti toplayanda baxır ki, 7 nəfərlik bir manqa yoxdur. Sonra şəxsi heyətə sual edir ki, kim öz istəyi ilə itən əsgərlərmizin arxasınca gedirsə, qabağa çıxsın gedək onları tapıb gətirək. Deyir, əsgərlərin ən kiçiyi Ömər heç qorxmadan qabağa çıxdı ki, mən gedirəm. Komandiri deyir ki, Ömər çox cəsur oğul idi, qorxamadan həmişə düşmənin üzərinə gedirdi. Zərrə belə ölümdən, ermənidən qorxusu yox idi. Bax, o cür qəhrəman idi mənim övladım.(red. ağlayır)"

Atası bildirir ki, 7 noyabrda sevincək bizə zəng edib Şuşanın azad olunmasını xəbər verdi: 

"Dedi ata, ölsəm də, arzum yoxdu daha Şuşanı azad etdik. Balam 9 noybrda Şuşa istiqamətində yaralandı. Şuşadan-Hadruta 7 saata gətiriblər yollar çox pis gündə idi. Oradan da Füzuliyə gətirdilər, müayinə olundu, dedilər ki, ağır yaralıdır. Təcili Bakıya aparmaq lazımdır. Balam 22 noyabr Bakıda Hərbi Hospitalda şəhidlik zirvəsinə ucaldı.  Ömər azyaşlı olduğuna görə, respublikada azyaşlı şəhid ailələri siyahısındayıq". 

Şəhid Ömər Rəhimov Gənclər və İdman Nazirliyi tərəfindən ölümündən sonra sərbəst güləş üzrə Respublikanın ən gənc 1-ci dərəcəli idman ustası adına layiq gorülüb. Onu da xatırladaq ki, Bakı şəhərində dəfələrlə adına idman yarışları keçrilib. Bundan başqa, Mədəniyyət Nazirliyində şəhidin adına film çəkilib. Bakıda Muğam Mərkəzində həmin filmin təqdimatı olub. Eyni zamanda, Azərbaycan Telveziyası və Nizami Kino Mərkəzində də təqdimatı keçirilib. 

Atası Rəşad müəllim deyir ki, Ömər şəhidlik zirvəsinə yüksəldikdən sonra, yeni övladımız dünyaya gəldi. Adını da elə Ömər qoyduq: "Bu körpə bizə sanki Allah tərəfindən bir təskinlikdir. Elə hey qığıldanıb, güldükcə sanki yaram, ağrı-acılarım qaysaq bağlayır.Hər anım, hər dəqiqəm Ömərdir. Heç səsi qulağımdan getməyib, elə hey gözümün önündədir. Elə bilirəm bu saat gələcək..."

Anası Rəhimova Zülfiyyə deyir ki, Ömərin hərbi xidmətə getməyi pandemiya dövrünə düşdü deyə, biz onu ziyarət edə bilməmişdik:

"Tez-tez telefonla danışırdıq. Daha sonra Sumqayıta gedib görüşdük. Çox dözümlü uşaq idi. Deyirdi ki, ana, ata, narahat olmayın hər şey yaxşıdır. Mən özüm gələcəyəm narahat olmayın. Sinif yoldaşı deyir ki, Aprel döyüşlərinə görə məktəbə az uşaq gəlirdi. Deyir Ömər dedi ki, bu müharibəni bizə saxlayırlar, bu torpaları biz azad edəcəyik. Sanki torpaq uğrunda şəhid olacağın bilirmiş."

Şəhidin atası deyir ki, Ömər 4 il əvvəl Hindarx qəsəbənin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Dilsuz Qarayevin  qəbrini ziyarət edib, deyərdi ki, biz Qarbağa qaydacağıq, sizin qanınızı yerdə qoymaycağıq. Ömər əmisi Elşənlə çox möhkəm dost olub. Hər sirrin əmisi ilə bölüşərmiş. Əmisinə deyib ki, şəhid xəbəri gəlsə, bilin ki, mənəm. Ağlamayın, Vətən uğrunda biz oğullar ölməsə, kim ölməlidir?! Başınızı dik tutun!

Ansı danışır ki, əsgərlikdən bir il qabaq Ömər dedi ki, ana, mən şəhid olacağam. Dedim oğul, bəs anan necə olar, elə demə! Stoldan çörəyi qırıb dedi ki, Bu bərəkət haqqı mən şəhid olacağam. Kəndə dostlarına da deyirmiş, mən şəhid olacağam:

"Cəbhədən  zəng edirdi ki, ana, Allah dövlətimizi, millətimiz, Prezdentimizi var etsin hər cür texnikamız var, ildırım kimi irəliləyirik, biz qalib olacağıq! Torpaqlarmızı azad etdikcə erməniyə daha da nifrətim artır. Necə gözəl yerlərimizi işğal edib bu qəsbkarlar. Buralar yer üzünün cənnətidir. Burada yaşamağa da, ölməyə də dəyər. Bir gün Tarix fənni müəlliməsi Könül xanıma zəng edib ki, müəllimə, dərsdə keçdiyinin işğal altında olan torpaqlarda Cəbrayılda, Xudafərin körpüsünün üstündədir tələbəniz! 

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Deyirdi ermenilər gedəndə içməli su çənlərini boşaldıb, güllələyib getmişdilər. Balam Şuşa istiqamətində  gedib su tapıb. Uşaqlar susuzluqdan çox əziyyət çəkirmişlər, bulağdan su içiblər ehtiyatların götürüb dönədə zaraft ediblər ki, bura Ömər bulağı deyəcəyik daha.

Ömər çox bacarıqlı uşaq idi. Orada heyvan kəsirmiş deyə, ona qəssab deyirdilər. Bir dəfə sual etdim ki,  yeməyi necə  bişirirsiniz? Dedi ki, bıcaqla əti doğrayıb, məftildə əti kabab edirdik, bütün əsgərlərlə bölüşürdük. Yollar narahat idi deyə, yemək hərdən gecikirmiş. nlar da ac qalmamaq üçün müvəqqəti bu cür təmin ediblər özlərini.

Axırıncı dəfə 9 noybrda  əmisinə zəng edib ki, yaralanmışam, narahat olmayın məni Hadruta gətirirlər. Qrat mərmisi belindən qarın boşluğunu zədələmişdi. Sonra Füzlidə 1 gecə qaldı, gətirdilər Bakıya. Ayın 22-də şəhidlik zirvəsinə ucaldı. Torpaqlarını azad edildiyi  yerlərə adını yazırdı. Həmişə deyirdi ki, bu yerlərə  sizi gətirib gəzdirəcəyəm. Fevaralın 1-də ad günü idi. Deyrdi ki, məzuniyyətimi həmin vaxta istəyərəm, gələrəm nişan edərik. Sevdiyi qız vardı. Ömər çox gözəl texnar idi, gözəl yaradıcılığı, əl qabiliyyəti var idi. Həm də  mebel ustası idi". 

Azərbaycan Ordusunun əsgəri qəhrəman əsgəri Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində topçu olaraq oktyabrın 6-dan iştirak edib. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şuşa rayonunun Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənib. Ömər Rəhimli 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanıb və Bakı şəhərində yerləşən Hərbi Hospitala yerləşdirilib. Bir müddət komada qaldıqdan sonra 22 noyabr 2020-ci ildə müalicə aldığı hospitalda şəhid olub. Doğulduğu Ağcabədi rayonunun Hindarx qəsəbəsində dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edim ki, şəhidin adına qəsəbənin küçələrindən birinin adı verilib. 
Eləcə də xatirəsinə bulaq inşa edilib. Ailəsi Ömərin xatirəsinə Hindarx- Ağdam arasında qurumuş artezianın birini bərpa etməklə xalqın istifadəsinə verib.

Şəhid atasının sn sözü belə oldu: "Mən həmişə dövlətimə, millətimə bir müəllim kimi xidmət etmişəm. Mənim üçün qürurvericidir ki, oğlum şəhiddir. Torpaq, uğrunda ölən varsa, vətəndir. Biz bir ölüb min dirilirik, yeni dünyaya gələn oğlum Ömər də qardaşının vətənpərvərliyini örnək götürəcək, müstəqil Azaərbaycana layiqli vətəndaş olacaq!

 

 





05.10.2022    çap et  çap et