525.Az

Dünya Bankı Azərbaycanda əsas kapitala qoyuluşun artacağını proqnozlaşdırıb


 

Dünya Bankı Azərbaycanda əsas kapitala qoyuluşun artacağını proqnozlaşdırıb<b style="color:red"></b>

Dünya Bankı (DB) 2025-ci ilə kimi Azərbaycanda əsas kapitala qoyuluşun artacağını proqnozlaşdırıb.

525.az-ın Bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə əsas kapitala investisiyaların 3% artacağı müəyyən edilib.

Dünya Bankı 2023 və 2024-cü illər üzrə isə əsas kapital qoyuluşunun müvafiq olaraq 3,2% və 3,3% artacağını proqnozlaşdırıb.

Bank 2025-ci ilə kimi özəl və dövlət sektoru üzrə xərcləmələr üzrə dinamikanın azalacağını proqnozlaşdırıb. Özəl sektor üzrə xərcləmələr 2022, 2023 və 2024-cü illərdə müvafiq olaraq 4,5%, 4% və 3,6% artacaq.

Dövlət xərcləmələrinin isə 2022-ci ildə 7.4%, 2023-cü ildə 4,2% və 2024-cü ildə 3,1% artacağı proqnozlaşdırılıb.

 





05.10.2022    çap et  çap et